Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Fazil Məmmədov keçmiş icra başçısının oğluna vəzifə verdi

Fazil Məmmədov keçmiş icra başçısının oğluna vəzifə verdi

“Synergy Group” MMC-nin direktoru Rauf Axundov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, holdinqə rəhbərlik Elnur İsgəndərova həvalə olunub.

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.
Kommersiya qurumu keçmiş vergilər naziri Fazil Məmmədova bağlılığı ilə tanınır. E.İsgəndərov isə F.Məmmədovla yaxın olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğludur.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …