Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / Fazil Məmmədov bu nazirin yeznəsini vəzifəsindən azad etdi – Yeni təyinat

Fazil Məmmədov bu nazirin yeznəsini vəzifəsindən azad etdi – Yeni təyinat

Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən öz ərizəsi ilə istefa verib.
Azinforum.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, F.Şahbazov öz ərizəsini Vergilər Naziri Fazil Məmmədova təqdim edib.
Nazir baş direktorun ərizəsini qəbul edib və Faiq Şahbazovu vəzifəsindən azad edib.
Nazir onun yerinə kiçik vergi xidməti müşaviri Süleymanov Elməddin Nizaməddin oğlunu insan resursları departamentinin müvəqqəti baş direktoru vəzifəsinə təyin edib.
Xatılaladaq ki, Faiq Şahbazov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.

Həmçinin oxuyun

Elmira Axundova ilə bağlı AÇIQLAMA

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif …