Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / “Fazil Məmmədov ətrafına qohumlarını yığımışdı, indi yeni nazir onları çıxarıb özünküləri gətirir”

“Fazil Məmmədov ətrafına qohumlarını yığımışdı, indi yeni nazir onları çıxarıb özünküləri gətirir”

Məlum olduğu kimi, Mikayıl Cabbarovun vergilər naziri təyinatından qısa müddət sonra nazirlikdə ciddi dəyişikliklərə start verildi.

Belə ki, son günlər vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Baş verən dəyişiklikləri mia.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ortada ürəkaçan bir şey olmadığını deyib. Onun sözlərinə görə, həyata keçirilən kadr dəyişiklikləri zamanı müsbət istiqamətdə hər hansı yenilik yoxdur:

2017-09-03-23-22-40hafiztele.jpg (600×472)

“Hazırkı dəyişiklikləri ən yaxşı halda kosmetik dəyişikliklər kimi dəyərləndirmək olar. Ümumiyyətlə, Azərbaycanda kim yüksək vəzifəyə gəlirsə, öz adamlarını yığır. Mən bir məsələni vurğulamaq lazımdır ki, peşəkar kadr idarəçilikdə olduqca vacibdir. Kadr siyasətini həssaslıqla həyata keçirmək lazımdır. Mən nazir gəlmişəm deyə qurumda olan peşəkarları uzaqlaşdırmalı deyiləm. İstər Fazil Məmmədovun, istərsə də, onun yerinə gələnin kadr siyasəti yoxdur. Onların kadr siyasəti olsaydı, rəhbərlik etdikləri qurum bu gündə olmazdı. Fazil Məmmədov ətrafına qohumlarını yığımışdı, indi də yeni nazir onları çıxarıb özünküləri gətirir. Belən olan təqdirdə hansı islahatdan, hansı normal dəyişiklikdən söhbət gedə bilər? Təbii ki, Fazil Məmmədovun milyonları mənimsəməsində ordakı kadrların da rolu böyük olub. İndi məsuliyyəti olanları elə-belə sərbəst buraxmağın özü də yanlışdır. Onlar sakit dayanmayacaqlar. Gedib radikal müxaifətə qoşulacaqlar. Odur ki, dəyişiklik edəndə düşünüb eləmək lazımdır”.

Partiya sədri onu da nəzərər çatdırıb ki, hazırda ölkədə ümumilikdə islahata ehtiyac var. Onun sözlərinə görə, hökumət ümulikdə istefaya göndərilməlidir.

“İstərdim ki, cənab Prezident hökuməti buraxsın, yeni simalardan komanda formalaşdırılsın. Nə qədər eyni adamlar olar? Yeni sistemə yeni peşəkar adamlar lazımdır. Nə qədər ki, eyni adamlar olacaq, nəsə gözləməyə dəyməz”- deyə Partiya sədri fikrini tamamlayıb.

mia.az

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …