Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Siyasət / “Fatma Abdullazadə mənə çox pisliklər edib” – Prezidentə təşəkkür

“Fatma Abdullazadə mənə çox pisliklər edib” – Prezidentə təşəkkür

“İlk öncə cənab prezidentə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda edilən dəyişikliklərə görə təşəkkür edirəm. Onu da qeyd edim ki, bu təşəkkür cənab prezidentin Mehriban xanım Əliyevanı birinci vitse-prezident təyin etməsindən başlayıb. Çünki mən əminəm ki, Mehriban xanımın hesabına Azərbaycanın kadrlı coğrafiyası genişlənəcək”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyli Prezident Administrasiyasındakı struktur dəyişiklikliyinə haqqında danışarkən deyib.

Şeyx Əbdül Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin tutduğu vəzifədən kənarlaşdırılmasına da münasibət bildirib:

“Mənim indi yaşımın və statusumun elə vaxtdırı ki, dalca danışa bilmərəm. Amma məcburam deyim ki, bu illər ərzində Fatma Abdullazadə mənə çox pisliklər edib. Bütün bunlara baxmayaraq yenə də dalıyca danışmağı özümə yaraşdırmıram. Bircə sözüm var ki, getsin, Allah işini avand eləsin. Getsin özündən muğayət olsun, yaşasın”.

Həmçinin oxuyun

Əli Kərimli Navalni yolunu gedir

Əli Kərimli Navalni yolunu gedir. Bu açıq şəkildə görünür. Ötən ay Rusiyada Moskva Dumaslna və …

Bir cavab yazın