Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Siyasət / Fateh Sultan məscidini “bombalamaq istəyən” general Bakıya təyinat aldı

Fateh Sultan məscidini “bombalamaq istəyən” general Bakıya təyinat aldı

Türkiyə silahlı qüvvələrinin generalı, 8 il əvvəl qurama “Balyoz” işinə görə həbs edilən və 3 il həbsdə yatan Ali Demir Bakıya hərbi attaşe təyin edilib. Türkiyə KİV-ləri xəbər verir ki, generalın Bakıdakı Türkiyə səfirliyinə hərbi attaşe-daxili işlər müşaviri təyin edilməsi barədə sərəncam imzalanıb.

General Ali Demir 2010-cu ildə, Fətullah Gülən təriqətinin Türkiyə dövlətini faktiki idarə etdiyi vaxtlarda həbs edilmişdi. Həmin il yanvarın 20-də fətullahçıların ruporu olan “Taraf” qəzeti belə manşetlə çıxmışdı: “Fatih Camisi bombalanacaqdı”.

Qəzet Türkiyənin ədliyyə sisteminə nəzarət edən fətullahçıların uydurduğu hərbi çevriliş planı barədə bəhs edirdi. Bildirilirdi ki, Birinci ordu komandanı Çetin Doğan və xuntasının 2003-cü ildə hazırladıqları hərbi çevriliş planı ələ keçib. Belə ki, 29-u general olmaqla 162 zabitin qatıldığı gizli toplantıda hazırlanan çevriliş planının kod adı “Balyoz” (“Kuvald”) olub.

İddia edilirdi ki, həmin vaxt Diyarbəkir jandarma komandanı Ali Demir də bu plana yer alıb. Onun adından “Çarşaf eylem planı” adlı saxta sənəd hazırlanıb və guya general Demir daha 8 zabitlə birlikdə İstanbuldakı Fateh Sultan məscidini, Eyüp və İsmayılağa məscidlərini partlatmaq üçün kəşfiyyat, hazırlıq işləri aparıb.

Bu uydurma çevriliş planı “Taraf” qəzetində dərc edilən kimi prokurorluq orqanlarında hazır gözləyən fətullahçılar onlarla generalın, o cümlədən Ali Demirin həbs barədə sanksiya verdi. Demir həbs edildi və günahsızlığını sübuta yetirənə qədər 3 il həbsdə yatmalı oldu. Nəhayət Fətullah Gülən təriqəti ilə AKP arasında münasibətlər korlanandan sonra “Balyoz” işinə görə tutulanlar azad edildi və onlara bəraət verildi. Virtualaz.org

Həmçinin oxuyun

Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir…

Təqaüd yaşına çatmış məmurların istefaya göndərilməsi gündəmin əsas mövuzu olaraq qalır. Bu məsələ Baş nazirin …