Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Fakültələr ləğv oldu, kafedralar birləşdi – İqtisad Universitetində yeni islahat

Fakültələr ləğv oldu, kafedralar birləşdi – İqtisad Universitetində yeni islahat

Azərbaycan Dövlət İqtisad Universitetində idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.
Universitetdən Mia.az-a verilən məlumata görə, Elmi Şurada qəbul edilən qərara əsasən, “Maliyyə” və “Uçot-iqtisad” fakültələri birləşdirilərək, “Maliyyə və mühasibat” fakültəsi yaradılıb: “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları birləşdirilərək, “İstehlak mallarının ekspertizası” kafedrası yaradılıb. Bundan əlavə, “İqtisadi nəzəriyyə 1” kafedrasının adı dəyişdirilərək, “İqtisadi nəzəriyyə”, “İqtisadi nəzəriyyə 2” kafedrasının adı isə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılıb. “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilərək, “Humanitar fənnlər” kafedrası yaradılıb”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın