Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi “Facebook” istifadəçilərinə müraciət edib.
DİM-dən verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəsində “Facebook” sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.
Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də, DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Mərkəz istifadəçilərin nəzərinə çatdırır ki, DİM-in bu səhifədən  (https://www.facebook.com/stateexamcenter/ ) başqa heç bir rəsmi “Facebook” səhifəsi fəaliyyət göstərmir: “Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta “Facebook” səhifələrindən istifadə etməyəsiniz”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın