Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Fəzail Ağamalının namizədliyi qeydə alındı

Fəzail Ağamalının namizədliyi qeydə alındı

Daha bir partiya sədri və millət vəkilinin deputatlığa namizədliyi qeydə alınıb.

Azinforum.az-ın məlumatına görə, bu, millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır.

Bu haqda məlumatı F.Ağamalının oğlu, AVP sədrinin müavini Elçin Ağamalı da təsdiqləyib.

Qeyd edib ki, F. Ağamalının namizədliyi 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyası (DSK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, F. Ağamalı 6-cı dəfədir seçkilərə qatılır.

O, 5 dəfə Milli Məclisin (MM) üzvü seçilib, yəni, 1995-ci ildən bugünədək parlamentdə təmsil olunur.

Xatırladaq ki, AVP 2-ci, 3-cü və 4-cü çağırışlarda iki millət vəkili ilə təmsil olunub.

F.Ağamalı növbəti dəfə də seçkilərə parlamentdə təmsilçisi olduğu dairədən-60 saylı Neftçala-Salyan dairəsindən qatılıb.

Onu da qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 60 saylı Salyan-Neftçala seçki dairəsindən Axundov Etibar Əkrəm oğlunun namizədliyini verib.

Həmçinin oxuyun

Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı təkliflərə cavab verməyib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …