Çərşənbə , Mart 27 2019
Ana səhifə / Siyasət / Fəzail Ağamalı Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında çıxışinda nə deyib?

Fəzail Ağamalı Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında çıxışinda nə deyib?


Azinforum.az millət vəkilinin çıxışını olduğu kimi təqdim edir:

Hörmətli cənab sədr, hörmətli cənab Baş Nazir, hökumət üzvləri, həmkarlar və media təmsilçiləri!

Öncə Sizi və Sizin timsalınızda bütün xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, fəaliyyətinizdə uğurlar, ölkəmizə əmin-amanlıq arzulayıram.

2018-ci il müstəqillik tariximizdə ən uğurlu illərdən biri kimi, artıq tarixə çevrilib. Ötən il olduqca əlamətdar hadisələrlə zəngin oldu. Şərəf tariximiz olan Xalq Cumhuriyyətinin 100 illiyini, Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyini təntənə ilə qeyd etdik, möhtərəm cənab prezidentin dövlət başçısı kimi 15 illiyinin ölkəmizə və xalqımıza verdiyi ciddi uğurların qürurunu yaşadıq.

Ötən ilin ən mühüm və uğurlu hadisəsi həm də dövlət başçımızın yenidən Azərbaycan xalqının etimadını qazanaraq böyük səs çoxluğu ilə prezident seçilməsi oldu. Bu, bir daha möhtərəm cənab prezidentimizlə xalqımızın sıx ittifaqını və sarsılmaz birliyini nümayiş etdirdi.

Etiraf etmək lazımdı ki, 2018-ci il ölkəmizin iqtisadi və sosial həyatında, idarəçilik sistemində uğurlu illərdən biridir.

İqtisadiyyatda dinamik inkişaf davam etdi, sosial problemlərin həllinə ciddi diqqət yetirildi, əhəmiyyətli struktur islahatlarına start verildi.

Büdcənin formalaşmasında həlledici rol oynayan Vergilər Nazirliyində və Gömrük Komitəsində dərinislahatlar başlandı, şəffavlıq təmin olundu, bu dövlət qurumlarilə vətəndaşlar və sahibkarlar arasında sağlam əməkdaşlıq və qarşılıqlı inam mühiti yaradıldı.

Ölkə əhalisinin sosial problemlərinin həllində illərdən bəri özünü göstərən konyuktura və neqativ halların aradan qaldırılması istiqamətində dövlət başçısının tələblərinə uyğun addımlar atılmağa başladı.

İqtisadiyyatımızda son dərəcə mühüm rol oynayan kənd təsərrüfatına  innevativ yanaşma, onun inkişafına əhəmiyyətli təsir göstərə biləcək fərqli idarəetmə metodu aqrar sektorda çalışan hər bir vətəndaşda, fermerdə təşəbbüskarlığı gücləndirdi.

İqtisadi inkişaf nazirliyi və onun strukturları əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq və peşəkarlıq xəttini davam etdirdi.

Ötən il maliyyə sabitliyinin təmin edilməsində, dövlət büdcəsinin icrasında maliyyə nazirliyinin peşəkarlığını və dövlət başçımızın bu baxımdan siyasətinin həyata keçirilməsindəki fəaliyyətini də yüksək qiymətləndirmək lazımdı.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin ekoloji təmziliyin və meşə təsərrüfatının qorunması və inkişafilə bağlı atdığı addımlar təqdirəlayiqdir və əminəm ki, bu xətt daha kəskin və ardıcıl şəkildə davam etdiriləcəkdir.

Təhsildə, səhiyyədə davam edən islahatlar, özəlləşdirmədə tətbiq olunan şəffavlıq və onun verdiyi uğurlu nəticələr, şübhəsiz ki, sosial sferada dayanıqlımızı daha da möhkəmləndirdi.

Bildiyiniz kimi 2018-ci ilin may ayında ölkə prezidentinin müəllifi olduğu Cənub Qaz dəhlizinin birinci mərhələsinin açılışı oldu və bu layihə artıq dünya miqyasında ən unikal transmilli layihə kimi diymətləndirilməkdədir. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşımalarında önəmli uğurlara imza atıldı. Naxçıvan-Məşəd-Naxçıvan, Bakı-Sumqayıt, Bakl-Gəncə sürət qatarlarının istifadəyə verilməsi sərnişinlər tərəfindən böyük məmnunluqla qarşılandı.Yeniləşən və müasirləşən Azərbaycan dəmir yolu, başqa sözlə desək, 4 tərəfli dəmir yol dəhlizi ölkəmizə son dərəcə ciddi iqtisadi-sosial və siyasi dividentlər verməkdədir.

Bir sözlə dövlət başçısının rəhbərliyilə Nazirlər Kabineti 2018-ci ildə qarşıya qoyulan vəzifələri uğurla icra etməklə yanaşı bir sıra yeniliklərin reallaşmasına öz töhvəsini verdi.

Bəzi təkliflərimi səsləndirmək istərdim.

İlk növbədə bank sisteminin sağlamlaşdırılması və ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsilə bağlıdır.

Ölkəmizə dünyanın ən böyük 100 bankından – bunlarıntoplam aktivləri 70 triliyon dollardır, sığorta və maliyyə şirkətlərindən, investissiya fondlarından dəvət edib ciddimaliyyə imkanları qazanmaqla yanaşı, bank sistemini də sağlamlaşdıra bilərik. Ofşor zonaların, Ofşor bank və şirkətlərin yaradılması da ölkəmizin iqtisadi və maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlişinə təsir göstərərdi.

2-ci, xarici borclar hər bir ölkənin inkişafında vacib rol oynayır. Biz xarici borc alıb iqtisadiyyatımızı yüksək templə inkişafından çəkinməli deyilik.

İnkişaf etmiş ölkələrdə xarici borc ÜDM-dan bir neçə dəfə çoxdur.

Məsələn Böyük Britaniyada 3 dəfə, Niderlandda 5 dəfə, Fransada 2,2 dəfə.

ABŞ-ın 22 trilyon dollar borcu var və o ÜDM-dan 20%çoxdur. İnkişafda göz önündədi.

3-cü vacib məsələ elmin inkişafı və ona maliyyə vəsaitinin ayrılmasıdır. İnkişaf etmiş ölkələrdə ÜDM-un 3-5%-i elmə yönəldilir. Bizdə bu 0,2%-di. Ölkədə Elmlər Akademiyasının bazası saxlanılmaqla ciddi struktur islahatları aparmalı, elmlə təhsilin konselidasiyasını həyata keçirməliyik. 

4-cü Aqrar sektorla bağlı təkliflərimi bir neçə gün öncə Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun təşəbbüsülə həmkarlarımla birlikdə aparılan müzakirələrdə söyləmişəm. Əlavə olaraq demək istərdim ki, bu gün ölkəmizdə torpaq fondunun 47% yararsız, şoranlaşmış vəziyyətdədi və bu proses davam edir. Bununla bağlı dövlət proqramının hazırlanmasına ciddi ehtiyac var.

5-ci Əmlak Komitəsi bir ildən artıqdır ki, mülkiyyət hüququnu təsdiq edən kağızla bərabər, elektron forma da verir. Məncə, Əmlak komitəsi kağızdan imtina etməli və tam elektron çıxarışların verilməsinə keçməlidi. Bu ölkə prezidentinin elektron hökumət yaradılması ilə bağlı atdığı mütərəqqi addımlarla adekvat olardı.

6-cı, Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı. Dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi.

7-ci, Azərqaz, Azərişıq və Azərsu ilə bağlı texniki şərtlərin verilməsi müddəti minumuma endirilməli, tətbiq olunan rüsumlar ləğv olunmalıdı. Bu inkişaf etmiş bütün ölkələrin təcrübəsində var.

Nəhayət, bizə təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir. Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidi və bu da ölkəmizdə tətbiq oluna bilər.

Qida Təhlukəsizliyi Agetliyi üzərinə düşən vəzifənin öhtəsindən ugurla gəlməkdədir. Onların gərgin əməyi nəticəsində, istehlakçı maraqları qorunur,  idxal olunan qida məhsullarının təhlükəsizliyi təmin edilir və əminəm ki, bu sahədə şəffaflıq daha da artacaq, olkəmiz təhlükəsiz qida məhsulları ilə tam təmin olunacaqdır.

Sonda diqqətinizə çatdırmaq istərdim ki, ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifə Azərbaycanıinkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Bu prezidentimizin strateji xəttidir. Biz prezidentimizin bu tarixi çağrışına nail olmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik və bu hədəfə çatmalıyıq. Gəlin, bütün potensialımızı və səylərimizi bu baxımdan səfərbər edək və bu hədəfə çatmaqla dünyanın inkişaf etmiş 37-ci ölkəsi olaq.  

Hesabatı yüksək qiymətləndirirəm və ona səs verəcəm.

Diqqətinizə görə sağ olun.

15 mart 2019-cu il  

Həmçinin oxuyun

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və …