Şənbə , Dekabr 3 2022
Ana səhifə / Siyasət / Fəzail Ağamalı İsrail səfirinə dəstək verdi

Fəzail Ağamalı İsrail səfirinə dəstək verdi

“Biz İsrail səfirinin yanında olmalıyıq”. 

Cebhe.info xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib: “Biz İsrail səfirinin yanında olmalıyıq. Birinci, hamı bilsin ki, Təbrizin sehrli nağılları çox vacib kitabdır. Kitabda siyasiləşmiş nəsə yoxdur. Nahaq yerə kitaba “siyasi” adı qoyurlar. Burada Azərbaycanın tarixi var. Bilməyənlərin də təəssüratı olsun ki, belə bir kitab, mədəniyyət var. Əgər azərbaycanlı diplomat paylaşımın İranla Azərbaycan arasından gərginlik yaratmağa hesablandığını desəydi, bəlkə də bundan nəticə çıxarmaq olardı. Fikir bildirən Azərbaycan vətəndaşı deyil, İsrailin diplomatıdır”. 

Deputat bildirib ki, İsrail səfirinin dediklərinə belə don geyindirmək İranın mövqeyini müdafiə etmək deməkdir:

“Əslində məsələnin aktuallığına kölgə salmaq və qəsdən, düşünülmüş şəkildə başqa istiqamətə yönəldilməsi deməkdir. Yazımın altıdakı şərhlərə baxıram, görürəm ki, dindarlar məsələyə tamam başqa cür yanaşırlar. Onlar buna deyilən kimi yanaşırlarsa, bu, İranın möveyi deməkdir. Həmin insanlar İranın təsiri altındadır.

Kitab Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlıdırsa və bunu İsrail səfiri gündəliyə gətirirsə, vətəndaşlarımız məsələyə bu cür yanaşmasınlar. Sadəcə olaraq, həmin əsəri önə çəksinlər, Təbrizi, Ərdəbili, Xoyu unutmayaq. Bu cür hadisələrə həssas yanaşaq. Düşünürəm ki, əgər İsralin Azəbayandakın səfiri mədəniyyətimizə, tariximizə yaxşı münasibət bəsləyib, bunu dilə gətirirsə, ona ancaq təşəkkür etmək lazımdır. O, buna görə qınaq obyektinə, hədəfinə çevrilməli deyil”. 

Həmçinin oxuyun

“Ramiz Rövşən həmişə müxalifətdə olub, amma hökumət ona ev bağışlayıb…” – Deputat

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. …