Ana səhifə / Siyasət / Fəzail Ağamalı ilə rəqibi arasında qarşıdurma səngimir – Bu dəfə deputatın oğlu danışdı

Fəzail Ağamalı ilə rəqibi arasında qarşıdurma səngimir – Bu dəfə deputatın oğlu danışdı

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı ilə parlment seçkilərində onun rəqibi olmuş Aytən Qurbanova arasında seçki dövründən başlanan qarşıdurma hələ də davam edir. 

Yenisabah.az xəbər verir ki, Fəzail Ağamalının oğlu Elçin Ağamalı Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər kafedrasının müəllimi işləyən Aytən Qurbanovanı tənqid atəşinə tutub. Deputatın oğlu bildirib ki, Aytən Qurbanova hər fürsətdən istifadə edərək Fəzail Ağamalıya çirkab atır.

“60 saylı seçki dairəsinin kəndlərində mövcud olan problemlərin hamısını deputatın ayağına yazan keçmiş namizəd görünür ki,hakimiyyət bölgüsü deyilən hüquq anlayışından xəbərsizdir. 

Öyrənməsi üçün deyim: dövlət idarəetməsi – qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür və onların bir birinin işinə qarışması qanunla yolverilməzdir. Daha yaxşı anlaman üçün sadə bir misal. Sən Universitetdə beynəlxalq münasibətlər ixtisası üzrə müəllimsən və sən ancaq öz ixtsasın üzrə dərs deyə bilərsən. Müəllimsən deyə fizikadan, kimyadan dərs demək səlahiyyətin yoxdur. Anladın?”, – deyə Elçin Ağamalı vurğulayıb.

O, daha sonra bildirib ki, koronavirus panemiyasına görə tətbiq edilən xüsusi karantin rejimi bitdikdən sonra Aytən Qurbanovu Salyana dəvət edəcək: “Deyə bilərsən ki, deputat gördüyü problemləri müvafiq qurumlar qarşısında qaldıra bilər. Burada mən səninlə tamamilə razıyam.Karantin rejimi bitdikdən sonra səni dəvət edəcəm rayona. Adını və yerini bilmədiyin kəndlərə aparacam səni. Fəzail Ağamalının müdaxiləsi və iştirakı ilə həll olunan problemləri sadə kənd insanlarının dilindən eşidəcəksən və görəcəksən. Sadəcə bir faktı deyim. Seçkilərdə sənin vəkilin olmuş şəxsiyyətinə çox hörmət bəslədiyim və bu gün də böyük sevgi ilə yanaşdığım Yavər müəllimdən bir müddət direktoru olduğu məktəbin tikilməsi tarixini soruş. Yağışlı və palçıqlı günü əminəm Yavər müəllim yaxşı xatırlayar. Sən Salyana 3-5 ildən bir gəldiin üçün bu şeyləri bilməyə bilərsən. Bu gün Salyan rayonun kəndləri Azərbaycanın ən abad kəndlərindəndirlər. Yenə deyirəm kəndə gəlmədiyin üçün həll olunan qaz, su, işıq, yol, məktəb və s problemlərindən xəbərsizsən. Mən bu problemlərin deputat tərəfindən həll olunduğunu iddia etmirəm. Əsla. İstər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanları qəbul olunmuş proqramlar çərçivəsində sosial problemlərin həll olunmasında üzərilərinə düşən vəzifələri uğurla həyata keçirirlər. Təbii ki bu proqramların qəbul olunmasında deputat da zaman zaman problemləri dilə gətirir və proqrama salınmasına çalışır. Uzun uzadı yazmaqda məqsədim dövlət idarəçiliyi ilə bağlı prinsipial məqamları şəxsinizə anlatmaqdır. O ki, qaldı problemlərə, onlar dünən də vardı, bu gün də var və deputatın kim olmağından asılı olmayaraq sabah da olacaq.

Və nəhayət son statusunda daha önə gedərək özünü Fəzail Ağamalıdan daha çox dövlətçiliyi düşünən bir şəxs kimi qələmə vermisən. Bu yerdə deyiblər utanmasan oynamağa nə var ki. Sən birinci siyasi kimliyini ortaya qoy görək kimsən. Rəngin dadın, duzun nədir? Ondan sonra özünü həyatını bu xalqın azadlığı, rifahı uğrunda mübarızəyə həsr etmiş şəxslə müqaisə et.

Nəhayət! Özünə gözəl bir peşə seçmisən, müəllimlik. Ancaq hobbin yanlışdır. Çirkab atmaq, qaralamaq. Onu da dəyişsən bəlkə yaxşı insan olmaq imkanın oldu”.

Həmçinin oxuyun

“İslahat yalnız iqtisadi deyil, həm də siyasi strategiyanı tələb edir” – Deputat

“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması doğru, amma keçici qərardır, indiki şəraitə uyğundur. Orada toplanacaq dövlət şirkətlərinin …