Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Siyasət / Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadəyə qarşı törədilmiş sui-qəsddən danışarkən deyib. Onun fikrincə, əslində Fəxrizadənin ölümü son baş verən proseslərin bir həlqəsi oldu:

“Fəxrizadənin ölümü sırf hansısa raket və nüvə məsələsinə, hansısa təhdidə görə deyil. Daha doğrusu, bu o qədər də inandırıcı görünmür. Möhsün Fəxrizadənin öldürülməsinin arxasında hansısa qüvvənin, qrupun dayanmasını demək doğru olmazdı. Çünki bununla bağlı fakt yoxdur, yalnız iddialar var. Və o iddiaları İran tərəfi rəsmi və qeyri-rəsmi formada dilə gətirir. Fəxrizadə kifayət qədər nüfuzlu bir şəxs idi. Bu şəxs İranın nüvə və raket sənayesinin inkişafında mühüm rol oynayıb. Uzun illərdir müxtəlif ölkələrin diqqət mərkəzində olub”. 
Analitik Fəxrizadənin ölümündən öncəki proseslərə nəzər salıb:
“Onun ölümündən əvvəl İranla bağlı nə baş verdi? Livanda partlayış, ondan əvvəl İranın mövqelərinin zəifləməsi, Hizbullahın sıxışdırılması, onun əvvəlki kimi super gücə malik olmaması, eləcə də Fras körfəzi ölkələrinin, Birləşmiş Ərəb Əmirliyinin İsraillə münasibətlərinin normallaşması və BƏƏ-nin bu fonda aldığı silahların sayının artırılması, bundan başqa, İraqda İran təsirinin həddindən artıq zəiflədilməsi və İraqda Amerika və Qərbə yaxın, amma şiə olan qüvvələrin daha çox üstünlük təşkil etməsi, eləcə də Qarabağ məsələsi fonunda İranla sərhəddə olan boz zonalardan birinin tamamilə sıradan çıxması, Əfqanistanda Amerikanın Talibanla razılığı məsələsi və digər istiqamətlərdə proseslər gedirdi. Bütün bu proseslər göstərirdi ki, İran məsələsi ətrafında həlqə yaradılmağa çalışılır. Görünən odur ki, İranla bağlı artıq hansısa bir plan var və bu planın aktiv fazaya keçməsinə start verilib. Həm Amerika sanksiyaları, həm koronavirus, həm neft qiymətlərinin aşağı düşməsi fonunda İranın iqtisadiyyatı zəifləyib, gəlirlər aşağı düşüb. Nəticədə ölkədə böyük sosial və iqtisadi problemlər yaranıb. Üstəlik təhlükəsizlik məsələləri, İranın son 10 ildə əldə etdiyi geosiyasi uğurların da yavaş-yavaş uğursuzluqla əvəz olunmağa başlaması göstərir ki, İranla bağlı sistemli şəkildə müəyyən iş gedir. Bu işi gerçəkləşdirməyə çalşırlar”. 
İlkin Həsənli qeyd edib ki, bəzilərilərinin iddialarına əsasən, Bayden hakimiyyətə gəldikdən sonra İranla münasibətlərdə Tramp dövründən fərqli olaraq, daha təhlükəsiz siyasət həyata keçirəcək:
“Guya daha az təhdid olacaq və savaş planı arxa plana keçəcək. Əslində bu o qədər də inandırıcı deyil. Çünki burada məsələ təkcə Amerikanın İran nüvə proqarmına qayıtması ilə bağlı deyil. İranın nüvə proqarmına qayıtması bu dəqiqə Amerika üçün önəm kəs etmir. Xüsusən də Bayden üçün. Burada məsələ sırf dövlət siyasəti ilə bağlıdır. Əgər biz Amerikanın indiki xarici siyasətinə və hədəflərinə nəzər yetirsək, İranla bağlı məsələdə Bayden heç də Trampdan kəskin şəkildə fərqlənməyəcək. Daha doğrusu, Baydenin kəskin şəkildə Trampdan fərqlənəcəyini demək doğru olmazdı. Müəyyən fərqlər olacaq. İranda iyun ayında prezident seçkisi olacaq. Bu müddət ərzində böyük ehtimlla Fəxrizadənin ölümündən sonra həm İran daxilində, həm İran problemi ilə bağlı yaranan gərginlik daha gizlin formada inkişaf edəcək”.
İlkin Həsənli hesab edir ki, prezident seçkisinə kimi olan dövr ərzində İranda kəskin dəyişikliklər olmayacaq:
“Təbii ki, burada forsmajor hallar istisna olarsa, müəyyən şeylər gözləmək olar. Amma prezident seçkisindən sonrakı dönəmdə kimin seçilməsindən asılı olamayaraq, İranla bağlı proses daha aktiv mərhələyə keçəcək. Prezident seçkisindən sonrakı müəddət ərzində böyük dəyişikliklərin olacağı gözlənilir. Dəyişikliklərin hansı formada gedəcəyini söyləmək çətindir. Çünki bu İranın davranışlarından asılı olacaq. İranda vəziyyət daha da kəskinləşməyə doğru gedəcək”.
Qeyd edək ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə sui-qəsdə məruz qalıb. Hadisə Tehranın Abserd ərazisində baş verib, bir və ya bir neçə şəxs Fəxrizadəyə silahla atəş açaraq onu qətlə yetirib. 

Həmçinin oxuyun

Afsəddin Nəbiyev: “44 günlük savaşda əldə etdiyimiz qələbəni həzm etmək niyyətləri yoxdur”

Məlum olduğu kimi, Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport …