Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / Fətullahçu holdinq patronu milyardlarla dolları Azərbaycana göndərdi

Fətullahçu holdinq patronu milyardlarla dolları Azərbaycana göndərdi

Türkiyə polisi Fətullah Gülənə bağlı daha bir iri biznes strukturunu çökdürmək üçün hərəkətə keçib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki gün əvvvəl ofisində axtarış aparılan “Koza İpek Holding” şirkətlər qrupuna məxsus 121 milyard dollarlıq çirkli pul transferinə dair dəlillər aşkar edilib.

Holdinqin rəhbəri Akın İpek isə axtarışdan əvvəl 7 milyard dollarla Böyük Britaniyaya qaçıb. Məlumatlara görə, holdinqin çirkli pul transferi həyata keçirdiyi ölkələr arasında Azərbaycan da yer alır.

AKP-yə bağlı qəzetlərin yazdığına görə, axtarışdan əvvəl izi itirmək üçün holdinqin ofisində 170 kompüterdən 140-nın sərt diski yenilənib. Lakin kserokopiya aparatlarının yaddaş kartını yeniləmək yaddan çıxıb və beləliklə də holdinqin qara pul dövriyyəsinə dair dəlilləri aşkar etmək mümkün olub.

Məlum olub ki, son il yarımda holdinqə daxil olan şirkətlər üzərindən  121 milyard dollar pul trafiki həyata keçirilib.

Şirkət Fətullah Gülən camaatının “himmət paraları” olaraq iş adamlarından topladığı pulu leqallaşdırmaq üçün aşağıdakı mexanizmdən istifadə edib: xaricə transfer edilən pullar gəlir kimi göstərilərək Türkiyəyə geri qaytarılıb.

Aşkar edilən sənədlərə görə, 2010-cu ildə Malta və Bəhreynə investisiya adı altında 1,7 milyard dollar transfer edilib. Cəmi il yarımdan sonra bu pullar guya gəlir gətirərək 7,3 milyard dollar olaraq Türkiyəyə qaytarılıb.

Fətullah Gülən camaatının topladığı milyardlarla dollar “himmət paraları” Azərbaycan, Sudan, Kipr və Maltaya da transfer olunub.

“İpek Holdinq”ə qarşı istintaqı Ankara Cümhuriyyət Prokurorluğu aparır. Holdinq “Fətullahçı terror təşkilatına” maliyyə dəstəyi göstərməkdə ittiham olunur.

Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər 2013-cü ilin dekabrında açıq qarşıdurma mərhələsinə daxil olduqdan sonra Türkiyə liderinin keçmiş “hocası” indi “bir nömrəli terrorçu” statusundadır və onun başçılıq etdiyi təriqət terror təşkilatı kimi tanınıb.

Gülənə bağlı ən iri holdinqlərdən olan “Koza İpek Holdinq”ə Afrikada qızıl mədənləri işlədən, Türkiyədə ticarət, media və biznesin digər sahələrində fəaliyyət göstərən çoxsaylı şirkətlər daxildir.

“Kanaltürk”, “Bu gün TV” telekanalları və “Bu gün” qəzeti də bu holdinqə məxsusdur.

Holdinqin Azərbaycanda  “Koza Davətiyyə”  adlı şirkəti fəaliyyət göstərir. Bu şirkət müxtəlif formalı dəvətnamələrin çapı və satışı ilə məşğuldur.

 

 

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın