9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində 57 saylı Kürdəmir Seçki Dairəsində kuryoz vəziyyət yaranıb.
Seçki
prosesində yanvarın 10-da namizədlərin irəli sürülməsi mərhələsinin
yekunlaşmasından sonra bir sıra dairələrdə namizədlərlə bağlı çox
maraqlı situasiyanın yarandığı müşahidə olunur.
Müəyyən
dairələrdə müxalifət düşərgəsinə mənsub namizədlərin “toqquşması” ilə
yanaşı, eyni zamanda, hakimiyyətyönlü düşərgəyə aid müəyyən şəxslərin də
“seçki dueli”ndə tərəf olduqları ortaya çıxıb.
Çox
təəccüblüdür ki, hətta ötən çağırışlarda Milli Məclisə üzv seçilmiş
bəzi sabiq deputatlar mandat aldıqları dairədən öz övladlarının
namizədliyini irəli sürərək, “varislik” zənciriri qırılmamasına cəhd
göstərirlər.
Bu
sırada daha qabarıq nəzərə çarpan dairələrdən biri də 57 saylı Kürdəmir
Seçki Dairəsidir. Həmin dairədən irəli sürülən və rəsmən qeydə alınan
namizədlərin siyahısına baxdıqda, vəziyyətin mürəkkəbliyi açıq görünür.
“57”də
nəzərə çarpan əsas məqam 2005 və 2010-cu illərdə həmin dairədən deputat
seçilmiş “Debütbank”ın sahibi Fərhad Qəribovun bu seçkilərdə oğlu
Rəşadı irəli verməsidir. Bəli, söhbət Tiflisdə kazinoda 270 min dollar
uduzduğuna dair məlumat yayılan Fərhad Qəribovdan gedir.
Onun
oğlu və “mandat” varisi Rəşad Qəribov da qalmaqallarına görə atasından
geri qalmır. “Debütbank” Müşahidə Şurasının sədri olmuş Rəşad Qəribov
bir neçə il əvvəl 14 milyon manat məbləğində mənimsəmə ittihamı ilə Emin
Əmirov adlı şəxsə qarşı məhkəmə iddiası qaldırmışdı. Lakin Əmirov
deputat oğlunun iddialarını rədd edərək, Qəribovdan cəmi 4 milyon manat
aldığını və onu da artıqlaması ilə qaytardığını bildirmişdi.
Rəşadın
adının hallandığı daha bir qalmaqal isə vergidən yayınmaq ittihamı ilə
2018-ci ilin dekabrında onun barəsində cinayət işinin açılmasıdır. Lakin
çox qəribədir ki, Vergilər Nazirliyinin təqdimatı ilə açılan cinayət
işinə məhkəmə tərəfindən xitam verilib. Ancaq Nazirliyin apellyasiya və
kassasiya şikayətinə baxmayaraq, müvafiq məhkəmələr Rəşadı məsuliyyətdən
kənarda saxlayıblar. Budur, “dosye”si kifayət qədər “zəngin”olan Rəşad
deputatlıq iddiasındadır.
57
saylı dairədə tragikomediya bununla bitmir. 9 fevral seçkilərində YAP
həmin dairədən Fərhad Qəribovun əmisi oğlu Nizami Qəribovun
namizədliyini irəli sürüb. Məsələ ondadır ki, Fərhad Qəribovun mandat
aldığı 2005-ci il seçkilərində də əsas rəqibi YAP-ın o zaman da rəsmi
namizədi olmuş Nizami Qəribov idi. Həmin seçkilərdə F.Qəribovun keçmiş
qudası Ərəstun Cavadovun da dəstəyi ilə əmisi oğluna qarşı mübarizə
aparsa da, 2015-ci il seçkilərində növbəti dəfə formal namizəd kimi
irəli sürüldü və 1980-ci il təvəllüdlü Müslüm Məmmədova uduzduruldu.
Əvvəlki
düşmənçiliyin də qalmadığı üçün hesab olunur ki, YAP 2005-ci ildə ataya
qurban verdiyi namizədini 2020-ci ildə övlada yem etməyi qərarlaşdırıb.
Mövzunu davam etdirəcəyik./Secki.net/
