Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Fərhad Bədəlbəyli: “Çingiz Abdullayev həyatı boyu nalayiq hərəkət etməyib”

Fərhad Bədəlbəyli: “Çingiz Abdullayev həyatı boyu nalayiq hərəkət etməyib”

“Neftçi” futbol klubu Müşahidə Şurasının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli klubun Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayevin son günlər tənqid olunması ilə əlaqədar virtualaz.org-a müraciət edib.

Müraciətdə deyilir: “Hörmətli redaksiya! Sizin saytınızda dərc edilmiş (“Neftçi” klubunun keçmiş qapıçısı Saşa Stamenkoviçin klub rəhbərliyini futbolçuların pulunu mənimsənməsində ittiham etməsi ilə bağlı – virtualaz.org) məqalə məni təəccübləndirdi və məyus etdi.

Çingiz Abdullayev dünyada ən məşhur azərbaycanlılardan biridir! Öz ölkəsi üçün heç nə etməmiş insanlar öz yaradıcılığı ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıran insanı ittiham edirlər. Bu təşkil olunmuş kampaniya məni çox təəccübləndirir. Belə informasiya yalnız Çinqiz Abdullayevə deyil, həm də bütün dünyada ona inanan milyonlarla oxucusuna mənəvi zərbə vurur. Mən 50 ildən çoxdur ki, onu tanıyıram və zəmanət verirəm ki, o bütün həyat boyu heç bircə dəfə də nalayiq hərəkət etməyib! Mənim fikrimi dərc etməyinizi xahiş edirəm”.

Xatırladaq ki, vaxtilə 4 il “Neftçi”nin qapıçısı olmuş Saşa Stamenkoviç bir az əvvəl klub rəhbərliyini futbolçulara çatmalı olan pulu mənimsəməkdə ittiham edərək Çingiz Abdullayevi və icraçı direktor Elnur Məmmədovu istefaya göndərməyə çağırmışdı.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın