Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Fərhad Əhmədov Şuşanın azad edilməsindən yazdı

Fərhad Əhmədov Şuşanın azad edilməsindən yazdı

Eks Rusiya senatoru, vətənpərvər azərbaycanlı iş adamı Fərhad Əhmədov Şuşanın azad edilməsi münasibətilə özünün Facebook səhifəsində qeydlərlə çıxış edib. Həmin qeydləri təqdim edirik:

-Ancaq irəli! Biz birlikdə qalib gələcəyik! Şuşanın, Qarabağın ürəyinin işğalçılardan azad edilməsi bizim Vətənimizin, xalqımızın tarixində böyük gündür. Və bu böyük Qələbədə Azərbaycan prezidenti İlham Əliyevin xidmətləri şəksizdir. O, ən başlıcasını etdi-xalqı məğlubiyyət kompleksindən qurtardı, bunsuz ola bilsin ki, bu tarixi hadisəni daha uzun müddət gözləmək lazım gələrdi. İndi biz bilirik, əminik ki, azərbaycanlılar qalib millətdir!

Lakin Şuşanın azad edilməsi təkcə böyük bayram deyil. Bu həm də tarixmizin başlıca hadisəsi  barədə düşünmək fürsətidir. Azərbaycanın qəhrəman döyüşçüləri onların əcdadlarına xas olan böyük şücaət göstərdilər və işğalçıların möhkəmləndirilmiş mövqelərinə, 30 ildir qurduqları müdafiə sədlərinə hücum etdilər. Hücum etdilər və qalib gəldilər.

Amma bu sual qalır ki, nəyə görə Ermənistan öz ordusunun bir hissəsini ərazisində saxladı və Azərbaycan ordusunun  Dağlıq Qarabağdakı işğalçı qüvvələri əzməsini izlədi, hansı ki, bu qüvvələrin əksəriyyəti də Ermənistanın vətəndaşlarından ibarət idi? 

Əvəində Yerevan və onun təbliğatçıları inadla tələb etdilər ki, döyüşə yüz illərdir erməniləri himayə edən Rusiyanın əsgərləri daxil olsunlar. Bu zaman Ermənistan özünün əsas döyüş rezervlərini ön xətdən aralı, sərhədləri daxilində saxladı.

İstisna deyil ki, Paşinyan işğal edilmiş ərazilərin azad edilməsindən çox qəzəblənmiş xalqı ilə üz-üzə qalmaqdan qorxur və ona görə də Yerevan qarnizonunu öz personasının müdafiəsi üçün saxlayıb. Lakin o da mümkündür ki, bu “yerevanlılar” və “Qarabağ klanı” arasında çoxdandır gedən qızğın mübarizədə gediş idi. Qarabağ ermənlərinin siyasi məğlubiyyəti ola bilsin “yerevanlıların” işinə yarayır.

Suallar boş yerə deyil. Xatırlatmaq lazımdır ki, müharibəni əsgərlər başlayır, diplomatlar yekunlaşdırır. Şuşanın azad edilməsindən sonra Azərbaycanın  əks hücum əməliyyatının hərbi hissəsi praktiki olaraq başa çatmış sayılır. İşğalçıların müqavimətinin qalıqlarını sındırmaq iki-üç həftə vaxt apara bilər. Ola bilsin heç bu qədər də vaxt lazım olmadı. Daha sonra qarşıda danışıqlar gəlir. Hansı əsaslarla? Ən başlıcası, kiminlə?

Beynəlxalq vasitəçilərin Madrid prinsiplərinin əsasını təşkil edən son təklifləri tərəflər üçün haradasa on il əvvəl məqbul görünə bilərdi, amma Yerevan bu təklifləri öz əlləri ilə dəfn etdi. İndi isə Azərbaycanın döyüş meydanında qələbəsi nəticəsində sülh barədə əvvəlki təkliflər ümidsizcəsinə köhnəlib. Yeni prinsiplər lazımdır. Və onları Bakı formalaşdırmalıdır. Bu haqq Azərbaycan əsgərlərinin qanı qiymətinə qazanılıb. Bunu hamı başa düşməlidir. O, cümlədən ermənilər.

İndi isə ikinci sual-danışıqları kimlə aparmaq lazımdır? Paşinyanla danışıqların mümkün və gərək olmadığı dəqiqdir. Öz xalqını siyasi ambisiyalarına qurban verən adamla heç vaxt heç bir danışıqlar, xüsusən də bu cür olduqca mühüm danışıqlar aparmaq olmaz.Çox ümid etmək istərdik ki, bütün bu avantüraya, minlərlə itkiyə görə o, öz xalqı qarşısında cavab verəcək. Özü də tezliklə.

İndi isə  başlıca sual. Ermənilərlə yeni mümkün razılaşmaya hansısa  beynəlxalq təminat lazımdırmı? Hesab edirəm ki, bu gün istənilən şərtlərdə ən yaxşı qarant ancaq Azərbaycanın Silahlı Qüvvələridir. Digər təminatlara inam azdır, son on illiklər ərzində beynəlxalq səviyyədə nə qədər möhkəm vədlər verildi və hamısı boşa çıxdı, ona görə də belə vədlərə ən azından inanmaq lazım deyil. Azərbaycan xalqı qalib xalq kimi öz qanuni torpaqlarının taleyini özü həll edə bilər və etməlidir. İşğaldan azad edilmiş torpaqlarımızın statusu çoxdan müəyyən olunub və beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənib, ona görə də danışıqlar üçüncü ölkələrin vasitəçiliyi ilə ancaq bu torpaqlarda qalmaq istəyən  və könüllü şəkildə Azərbaycanın yuridiksiyası altına  keçməyə hazır olan insanların hüquq və azadlıqlarının təmin olunması qarantiyasına əməl edilməsi məsələsi ətrafında aparıla bilər.

Əlbətdə, beynəlxalq təşkilatlar məğlub tərəfin əraziləin işğal edilməsi və sonradan uzun illər ərzində işğal altında saxlanılması nəticəsində Azəraycanın yaşayış məntəqələrinə və infrastrukturuna vurduğu maddi zərəri ödəməsi barədə məsələyə də baxmalıdır.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …