Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Fəhmin Hacıyev Azərbaycandan deportasiya edildi – Ölkəyə girişinə “stop” qoyulub

Fəhmin Hacıyev Azərbaycandan deportasiya edildi – Ölkəyə girişinə “stop” qoyulub

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün, yanvarın 8-də Azərbaycanda anası ilə görüşməsinə imkan verilmədiyini açıqlayıb.

Bu barədə F.Hacıyev özü məlumat verib. Xaricdə yaşayan F.Hacıyevin sözlərinə görə, o, anasını ziyarət etmək üçün Bakıya gəlib, lakin istəyini gerçəkləşdirə bilməyib:«Yanvarın 8-də gecə saat 01:35-də Kiyevdən Bakıya gəldim. Sərhəd keçid məntəqəsində pasportuma baxdılar. Təqribən 5 dəqiqədən sonra mənə ölkəyə girişimə«stop» qoyulduğunu dedilər. Soruşuram, necə yəni «stop» var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır?

Cavab vermədilər və yarım saatdan sonra aeroportun nəqliyyat polis əməkdaşları məni şöbəyə apardılar. Oradan isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinə gətirdilər. Gecə orada saxlandım. Səhər sorğu-sual etməyə başladılar».

F.Hacıyev qeyd edib ki, ondan əvvəllər Azərbaycana gələndə kimlərlə görüşdüyünü və onlarla nədən danışdığını soruşublar: “Mən isə bildirdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlər açıq olub. Əsasən, köhnə xatirələri, müxalifətdaxili münasibətlər və müxalifət- hakimiyyət münasibətləri müzakirə olunub. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Xahiş etdim ki, bir günlük anama baş çəkməyə icazə versinlər, icazə vermədilər. Deportasiyamla bağlı qərarın kimin tərəfindən verildiyi barədə heç bir məlumatım yoxdur.

F.Hacıyev vurğulayıb ki, ona heç bir fiziki təzyiq göstərilməyib: “Mənimlə çox nəzakətli və təmkinli davrandılar”..

F.Hacıyevin bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb. azpolitika.info

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …