Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / Eynulla da, Aydın Kərimov-da ASDP-nin yetirmələridir

Eynulla da, Aydın Kərimov-da ASDP-nin yetirmələridir

İyulun 22-də milli mətbuat günündə jurnalistlər bayramı Şuşada qeyd ediblər. Bayram tədbirində, jurnalistlərin yazdığına görə, Eynulla Fətullayev, Murad Dadaşov və Elbrus Ərudun oturduğu masada dava düşüb. Belə ki, Şuşa komendatının müşaviri Zaur Həsənovu oturduqları masaya dəvət ediblər. Eynulla Fətullayev prezidentin Şuşadakı nümayəndəsi Aydın Kərimovun müxalifətdəki fəaliyyətini ələ salıb, Zaur Həsənov buna etiraz edib və münaqişə yaranıb.

Aydın Kərimovu və Eynulla Fətullayevi yaxından tanıdığım üçün məsələyə münasibət bildirmək istəyirəm. Eynulla da, Aydın da Sosial Demokrat Partiyasının yetirmələridir. Eynulla ASDP-yə YAP-dan gələndə onu heç kim tanımırdı. ASDP Gənclər Təşkilatının sədri olandan, İstiqlal qəzetində məqalələri gedəndən sonra ölkədə tanındı. İndi ASDP-nin adı gələndə Eynulla istehzalı gülüşlə ələ salıb deyir ki, belə partiya yoxdur. Aydın partiyaya gələndə tələbə idi. Ağlına, tərbiyəsinə görə hamı onu sevirdi. Şirin uşaq idi. İndi yəqin ki, Aydın da nə vaxtsa ASDP-də olduğunu dilə gətirmir.

Eynulla ASDP-yə bəslədiyi münasibəti yəqin ki, vaxtilə işlədiyi İmpuls qəzetinə və ANS telekanalına da bəsləyir.

İmpuls qəzetinin təsisçisi olan həyat yoldaşım Xanhüseyn Əliyev məni baş redaktorluqdan çıxarıb Eynulla Fətullayevi baş redaktor təyin etdi. Səhv etmirəmsə, 2005-ci il idi. Qəzet indi də durur. Eynulla fəaliyyətinin ilk günündə 32 səhifəlik qəzein yarısını İlham Əliyevin və Mehriban Əliyevanın tənqidinə həsr etmişdi. Qəzeti açanda dəhşətə gəldim. Səhifələrin çoxunda Mehriban Əliyevanın şəkilləri idi. Həyat yoldaşıma zəng edib dedim ki, başqasının ailəsi ilə bunun nə işi var, bir adamın şəklini neçə yerdə dərc etmək olar? Xanhüseyn dərhal onu baş redaktorluqdan çıxardı.

İndiki vəziyyətdə özünə jurnalist deyənlərin çoxu sayt açıb məmurların mafiya davasında alət rolu oynayıb pul qazanırlar. Bir məmur o birini vurmaq üçün sayta ifşaedici faktlar ötürür. Aydın məsələdir ki, jurnalist belə faktları əldə edə bilməzlər. Ona görə də bu saytların oxucusu çox olur. Üzdə olan jurnalistlərin əksəriyyəti həm də xarici kəşfiyyatların sifarişi ilə yazılar dərc edirlər. Bir sözlə, mafiyalara və xarici kəşfiyyata xidmət etməyən jurnalistlər mətbuatdan kənarda qalıb. İndi belələrinin dövranıdır.

Əminəm ki, mənim kimi jurnalistlərin də dövranı gələcək.

Mətanət Əliyeva,

Azinforum.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …