Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / “Əvvəl söz deyə bilməyənlər indi banana görə Vaşinqtonun sözünü yerə salırlar”

“Əvvəl söz deyə bilməyənlər indi banana görə Vaşinqtonun sözünü yerə salırlar”

“Əvvəllər zəif, xarici qüvvələrdən, dövlətlərdən çox asılı olan ölkələrə “banan respublikaları” deyirdilər, indi bütün dünya siyasəti “bananlaşıb”, hətta fransızca “banal” sözünə istinad etsək, “banallaşıb”, yəni bəsitləşib”.
 
Bu fikri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında məlumat yayıb.
“Deməli, ABŞ Ekvadora tapşırıb ki, SSRİ-dən aldıqları silah-sursatları Ukraynaya göndərsin – Ekvador da razılaşdı. Həmən Rusiya Ekvador bananın ölkəyə idxalına qadağa qoydu. Banan Ekvadorun bir nömrəli ixrac məhsuludur, dünya banan bazarının 27%-i bu ölkənin əlindədir və Rusiya 91% banan ehtiyacını məhz Ekvadordan alırdı, hər il Ekvador Rusiyaya, ortalama, 1 mlrd. dollarlıq banan satır. Yeri gəlmişkən, Ekvadordan bananı Rusiyaya bizimkilər, azərbaycanlılar gətirib satır, o soydaşlarımız ki, Azərbaycana banan gətirə bilmirlər, amma Rusiya bazarına çıxmağı bacarmışdılar”, – ekspert bildirib.
İqtisadçı qeyd edib ki, Ekvador daha sonra Ukraynaya silah verməkdən imtina edib:
“ABŞ Ekvadora deyir ki, Ukraynaya tank-top, mərmi ver, həmin ölkə də razılaşır, sonra Rusiya banana qadağa qoyur və 2 gün öncə Ekvador hökuməti elan edir ki, Ukraynaya silah-sursat verməkdən imtina edir, elə həmin gün də Rusiya Ekvador bananına qoyduğu qadağanı götürür – müasir dünyanın mənzərəsinə baxın, əvvəl ABŞ-ın sözünün üstünə söz deyə bilməyənlər indi banana görə Vaşinqtonun sözünü yerə salırlar”.
“Bax belə dünyada yaşayırıq, nəticə çıxarıb öz başımızın çarəsinə özümüz qalmalıyıq, məmləkətdə boğaza qədər olan problemləri özümüz həll etməliyik. Ona görə də, indiki dünyada (əvvəl belə deyildi) məmləkətdəki problemlərə görə ölkəyə qarşı kimsə xarici sanksiyalara çağırış edirsə, nə siyasəti bilir, nə özünə, nə də bu xalqa hörmət edir – vəssalam…”, – Cəfərli yekunlaşdırıb. Yeniavaz.com

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …