Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Evlər ucuzlaşacaq, yoxsa?.. – Devalvasiya

Evlər ucuzlaşacaq, yoxsa?.. – Devalvasiya

Hazırda müzakirə mövzularından biri də devalvasiyanın daşınmaz əmlak bazarına təsirinin necə olacağıdır.

Daşınmaz əmlak bazarı üzrə mütəxəssis Rəşad Əliyev Publika.az-a açıqlamasında devalvasiyanın bazara təsirinin çoxpilləli olacağını deyib.

Bura cari təsir, qısamüddətli təsir (gələcək 2 ay müddətinə) və üzunmüddətli təsirlər daxildir:

“Cari təsir bazarın “şok” vəziyyətə düşməsidir. Belə şəraitdə alıcılar və satıcılar çaşqınlıq vəziyyətinə düşür. Bu ssenari bu ilin fevral devalvasiyasında olduğu kimi cərəyan edəcək. Qabaqcadan razılaşdırılmış və behləşmə aparılmış alqı-satqı əməliyyatlarının bir hissəsi təxirə salınacaq. Əmlak almaq istəyən alıcıların bir hissəsi gözləmə mövqeyinə çəkiləcək. Satıcıların hərəkəti isə müxtəlif olacaq. Satışa çıxarılan bəzi əmlakların bir hissəsinin satışı dayandırılacaq, bir hissəsinin qiymətinə yenidən baxılacaq (manatla satılan əmlaklar), bir hissəsininki isə olduğu kimi qalacaq (əsasən dollarla satılan və qismən manatla satılanlar). Qısamüddətli təsir müddətində qiymətlər yeni tarazlıq səviyyəsini tapmağa çalışacaq. Bu müddət ərzində qiymətlər oturuşmayana kimi bazarda mövcud qiymət dəyişiklikləri məntiqdən kənar olacaq. Buna görə də həmin qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz.

Uzunmüddətli təsir isə bazara təsir edən amillərdən asılı olacaq. Bura bir neçə amil daxildir: makroiqtisadi şərait, ipoteka kreditləşməsinin səviyyəsi, bank sektorunun vəziyyəti. Neftin qiymətlərinin təsiri artıq bazardan kənarlaşmağa başlayacaq”.

İqtisadçı deyir ki, ölkə vətəndaşlarına məxsus sərbəst kapitalın (depozitlər, “döşək altındakı vəsaitlər” və s. ) tam əksəriyyəti dollar ifadəsindədir: “Bu isə o deməkdir ki, vətəndaşlarımızın manat ifadəsində kapitalı 40% ətrafında artdı. Bununla yanaşı, xarıcdən gələn vəsaitlərin də manat ifadəsində artımı olacaq. Bu isə həmin vəsaitlərin bazardakı manat qiymətlərinin artımına təsir edəcək. Manat ifadəsində qiymətlərə eyni zamanda ipoteka kreditləşməsinin vəziyyəti və bank sektorundakı durum təsir göstərəcək.

O ki qaldı qiymətlərin dollar ifadəsində dəyişməsinə, biz əvvəldə qeyd etmişdik ki, devalvasiya daşınmaz əmlakın dollar ifadəsində qiymətlərini azaldacaq”.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …

Bir cavab yazın