Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “European Tobacco Baku”dan siqaretlərin qiyməti ilə bağlı açıqlama

“European Tobacco Baku”dan siqaretlərin qiyməti ilə bağlı açıqlama

Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək. Bu barədə Trend-ə “European Tobacco Baku” şirkətindən bildiriblər.
Şirkətdən verilən məlumata görə, bəzi mağazalarda siqaretin qiymətinin artırılması onların öz qərarıdır: “Biz qiymət məsələsi ilə deyil, yalnız istehsalla məşğul oluruq. Biz heç bir fakturada dəyişiklik etməmişik”.
Qeyd edək ki, dollar və avronun bahalaşmasından sonra bu gün səhər saatlarından bəzi mağazalarda siqaretin qiymətində artım müşahidə olunur. Bəzi dükanlar isə ümumiyyətlə siqaretin satışını dayandırıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın