Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Etibar Məmmədovun BDİ-yə müraciəti qəbul edildi

Etibar Məmmədovun BDİ-yə müraciəti qəbul edildi

29 iyul 2020-ci il tarixdə Beynəlxalq Demokrat İttifaqının (BDİ) onlayn formatda icracı toplantısı kecirilib. AMİP-in tam hüquqlu üzv olaraq qatıldığı bu toplantıda BDİ-yə üzv olan 70-dən artıq ölkədə fəaliyyət göstərən partiyalar iştirak edib. İclasda təşkilatın sonrakı fəaliyyəti üçün vacib olan bir sıra məsələr müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İcracı toplantının əvvəlində BDİ-nin Baş katibi Kristian Katner AMİP lideri, BDİ-nin sədr müavini Etibar Məmmədovun müraciətini toplantı iştirakçılarının diqqətinə çatdırib. Müraciətdə 12 iyulda Azərbaycan-Ermənistan sərhəddində baş verən erməni təxribatı, ərazilərmizin ağır arteleriyadan  istifadə olunmaqla atəşə tutulması və nəticədə biri general olmaqla yüksək rütbəli zabit və əsgərlərin, o cümlədən dinc sakinin öldürülməsi öz əksini tapib. Eyni zamanda, problemin həllindən bilavasitə sorumlu olan ATƏT-in Minsk qrupunun bu günə kimi məsəlinin sülh yolu ilə həll olunması istiqamətində hər hansı əməli iş görə bilməməsi, eyni zamanda bununla əlaqədar olaraq qəbul olunmuş BMT qətnamələrinin Ermənistan tərəfindən bu günədək yerinə yetiriməməsi vurğulanıb. Müraciətdə daha sonar deyilir: “Nəzərə almaq lazımdır ki, təxribat xarakterli hücum Dağlıq Qarabağ ərazisində deyil, Ermənistan-Azərbaycan sərhədində, yəni tamamilə fərqli bir istiqamətdə, Tovuz rayonunda baş verib. Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənub Qaz Dəhlizi, həmçinin TANAP və Bakı-Tbilisi-Ərzurum kommunikasiya qovşaqları bu bölgədən keçir. Bu hücumun əsas məqsədinin Azərbaycanın enerji təhlükəsizliyini təhdid etmək olduğu aydındır…”.Müraciətin BDİ-yə üzv ölkələrə və siyasi partiyalara ünvanlanan və xaricdə yerləşən Azərbaycan səfirlikləri qarşısında törədilən erməni vandalizmi ilə bağlı hissəsində deyilir: “Erməni diaspor üzvləri, o cümlədən beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan – ASALA,  Azərbaycanın  ABŞ, Belçika və bir çox digər ölkələrdəki səfirliklərinə, orada olan dinc nümayişçilərə  etnik zəmində hücumlar təşkil ediblər. Bu bir daha sübut edir ki, erməni tərəfi etnik münaqişənin kəskinləşməsini istəyir və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”.

Müraciət dinlənildikdən sonra toplantı iştirakçıları Etibar Məmmədovun müraciətinin BDİ-nin işçi sənədi kimi qəbul olunması və bütün üzv partiyalara göndərilməsi ilə bağlı qərar qəbul etmişdir. İcracı toplantıda daha sonra bır sıra digər məsələlərlə bağlı da bəyanatlar qəbul edilmişdir. Çinin uyğur türklərinə qarşı etnik təmizləmə siyasətini pisləyən bəyanatda 2 milyondan artıq uyğur türkünün düşərgələrdə saxlanması, təqib və təzyiqlərə məruz qalması,  uygurların bütün hüquqlardan məhrum olması öz əksini tapıb. Bəyanatda dünya dövlətlərini,  beynəlxalq təşkilatları bu məsələyə münasibət bildirməyə və Çinə qarşı sanksiyalar tətbiq etməyə cağırış edilmişdir.Gürcüstanla bağlı verilən bəyanatda isə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın işğal altında saxlanılmasının səbəbkarı olması qeyd olunmuşdur. İcraçı toplantı Gürcüstan hökumətini demokratik dəyərlərə hörmət etməyə, bu istiqamətdə geriləməni aradan qaldırmağa, oktyabrda keçiriləcək parlament seçkilərində bütün partiyalara, müxalifətə bərabər şərait yaradılmasına, inzibati resurslardan istifadə etməməyə, ATƏT DTİHB-nin tövsiyələrinə əməl etməyə cağırib. İcraçı toplantıdahazırda öz ölkələrində hakimiyyətdə olan siyasi partiyalar, ABŞ-ın Respublikaçılar, Almaniyanın Xristian Demokrat, İngiltərənin Mühafizəkarlar, İsveçin Moderator, Avstraliyanın Liberal, Norveçin Mühafizəkarlar, İsrailin Likud, o cümlədən Meksikanın, Macarıstanın, Argentinanın, Bolqarıstanın, Finlandiyanın, Kolumbiyanın, Avstriyanın, İslandiyanın, Serbiyanın, Yunanıstanın, Xorvatiyanın, Çilinin, Paraqvayın hakimiyyətdə təmsil olunan partiyaları qatılmışlar.AMİP-dən İcraçı toplantının işində partiyanın lideri, BDİ-nin sədr müavini Etibar Məmmədov və Beynəlxalq Məsələlər üzrə katib Elşən Mustafayev iştirak edib.

Azinforum.az

Həmçinin oxuyun

“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” – Prezident

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, …