Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədovun səhhətinə problem yarandığına dair məlumat yayılıb.
Unikal xəbər verir ki, iddialarda onun insult keçirdiyi bildirilir.
Məsələyə münasibət bildirən Etibar Məmmədov deyib ki, yayılan məlumatlar yalandır.
“Yəqin ki, bekar olduqları üçün belə məlumat yayıblar. (gülür) Hər şey yaxşıdır. Heç bir problem yoxdur”, – deyə o qeyd edib.