Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Siyasət / Etibar Məmmədova mandatı Ayaz Mütəllibov alıb? – AMİP-dən eks-prezidentə CAVAB

Etibar Məmmədova mandatı Ayaz Mütəllibov alıb? – AMİP-dən eks-prezidentə CAVAB

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov “Qaynar qazan” verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

A.Mütəllibov verilişdə deyib ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovu həbsdən o xilas edib və onA deputatlıq verib.

“E.Məmmədovun mandatını seçkidən əvvəl hazırlatdırıb seyfə qoymuşdum”, – deyə A.Mütəllibov qeyd edib.

Məsələ ilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında A.Mütəllibovun dediklərini onun qocalığı ilə əlaqələndirib:

“Etibar Məmmədovu 1 miyondan çox insanın imzası həbsdən xilas edib. Ayaz Mütəllibov kim idi ki, Etibar Məmmədovu həbsdən azad etsin? Ayaz Mütəllibov o zaman SSRİ-yə işləyən, xalq hərəkatını boğaraq hakimiyyətdə qalmağa çalışırdı. Onun dedikləri cəfəngiyyatdır. Ayaz Mütəllibov artıq yaşlanıb, ona görə də ağlına gələni danışır”.

Vilayət Muxtar

Həmçinin oxuyun

ABŞ-ın yeni təyin olunmuş səfiri Azərbaycana gəldi

ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib. Bu barədə səfirliyin X hesabında bildirilib. …