Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Etibar Məmmədov prezident seçkilərində iştirakdan imtina etdi

Etibar Məmmədov prezident seçkilərində iştirakdan imtina etdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.

Bu barədə modern.az-a E.Məmmədov özü məlumat verib.

AMİP-in fəxri lideri partiyadakı mövcud vəziyyət barədə isə danışmaq istəməyib: “Partiyanın işlərinə baxan vəzifəli şəxslər var. Partiyadakı yeniliklərdən onlar danışsa, daha yaxşı olar”.

E.Məmmədov şəxsi tikinti biznesinin olması barədə deyilənlərə münasibət bildirməkdən də yayınıb: “Biznes sözünün tərcüməsi iş deməkdir. Deməli, insanların hamısı bir işlə məşğul olmalıdır. Rəsmi işim, vəzifəm yoxdur. Amma özümü işsiz də qoymuram. Kimlərsə deyirsə ki, mənim tikinti biznesim var, qoy desinlər…”.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …