Ana səhifə / Siyasət / Etibar Məmmədov: “Paşinyanın Qarabağa səfərlər etməsinin qarşısı alınmalıdır”

Etibar Məmmədov: “Paşinyanın Qarabağa səfərlər etməsinin qarşısı alınmalıdır”

“Azərbaycan hökuməti Dağlıq Qarabağ və digər erməni işğalı altında olan ərazilərimizin üzərində uçuşa qadağa zonası elan etməli və buna əməl olunması təmin edilməlidir”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Fəxri lideri Etibar Məmmədov bildirib. 


Etibar Məmmədov deyib ki, erməni işğalı altında olan torpaqlarımızda düşmənin bütün təxribatlarının qarşısı dərhal alınmalıdır:


“Bu təxribatın sırasına Paşinyanın Dağlıq Qarabağa səfərlər etməsi də daxildir. Azərbaycan tərəfinin tam hüququ və imkanı var ki, işğal altında olan ərazilərimizin hava məkanını qapatsın. Əgər bu tələblərimizə düşmən tərəfi əməl etməsə, o zaman onlara qarşı xəbərdarlıq atəşi də açılmalıdır. Daha sonra isə digər müvafiq addımlar atılmalıdır. Belə etsək, o zaman ermənilər də Qarabağda sərbəst hərəkət edə bilməzlər”.


O qeyd edib ki, işğal altında olan ərazilərimizdə ermənilərin məskunlaşdırılmasının qarşısı təcili şəkildə alınmalıdır:


“Ermənilər torpaqlarımızda məskunlaşandan sonra biz həmin əraziləri işğalçılardan təmziləyəndə beynəlxalq ictimaiyyət üzərimizə gələcək. Çünki Ermənistan tərəfi hay-küy yaradacaq ki, Azərbaycan mülkü əhaliyə qarşı hərbi əməliyyatlar keçirir və sairə. Buna görə də Azərbaycan tərəfi təcili bu məsələ barədə düşünüb addımlar atmalıdır. 


Bundan əlavə, Milli Məclis tərəfindən “Azərbaycanın işğal olunmuş əraziləri haqqında” qanun qəbul olunmalıdır”. 

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …