Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / “Etibar Məmmədov fəallaşanda, adətən, gərginlik yaranır…”

“Etibar Məmmədov fəallaşanda, adətən, gərginlik yaranır…”

Uzun müddətdən bəri “kölgəyə” çəkilən AMİP lideri Etibar Məmmədov yenidən fəallaşıb. Qocaman siyasətçinin yenidən KİV-lərdə görünməsi, fərqli mövzularda qalmaqallı açıqlamalar ilə gündəmə gəlməsi müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb olub.

E. Məmmədovun fəallaşmasına səbəb nədir? Keçmiş deputat yenidən siyasi proseslərin orbitinə çevrilə bilərmi?

Yenisabah.az-a danışan “Turan İnformasiya Agentliyi”nin direktoru Mehman Əliyev məsələyə belə şərh verib:

“Əslində, Etibar Məmmədov gündəmə gələndə, fəallaşanda, adətən, məmləkətdə hansısa proseslər gedir, gərginlik yaranır. Bu regional da ola bilər və s. Lakin, zənnimcə, Etibar Məmmədov bunu duyur, hiss edir və ona görə də özünə rəva bilir ki, öz səsini çatdırsın. Yəni necə deyim, indikator kimi bir şey… Mən bunu belə görürəm.

Hazırda regionda və məmləkətdə Rusiya-Ukrayna müharibəsi fonunda müəyyən gərginlik var. Ona görə də, hesab edirəm ki, o da onu başa düşür, görür və fəallaşır”.

M. Əliyev E. Məmmədovun “Tufan” əməliyyatı ilə bağlı ortaya atdığı iddianı təsdiqləyib:

“O ki qaldı “Tufan əməliyyatı”na, əlbəttə, Elçibəyin özünün də bundan xəbəri var idi. Bəyəm, Elçibəy heç nə bilmirdi? Orada bilmirdi ki, nə yenilik var?

Qiyamın yatırılmasında Prezident Qvardiyası da iştirak etdi, bəziləri də güllələndi. Necə yəni Elçibəyin xəbəri yoxdur? Oraya baş prokuror, digər rəsmi şəxslər göndərilib. Qvardiya orada idi, əməliyyat keçirirdi. Onları müdafiə nazirinin müavini İsa Sadıqov göndərmişdi ki, qiyamçılar silahları Müdafiə Nazirliyinə təhvil versinlər, onlar da imtina etdilər, sonra da atışma düşdü. İsa Sadıqov, İsaxan Aşurov həbs olundu. Surət Hüseynov da aradan çıxmışdı, onu tuta bilmədilər. Ondan sonra da proseslər başladı. Əslində, ruslar silahı Surətə təhvil vermişdilər. Halbuki danışıqlar var idi ki, silahlar Müdafiə Nazirliyinə təhvil verilsin. Rusların öz planları var idi və bəlli idi nə baş verir”.

Həmçinin oxuyun

Almatı Deklorasiyasının Azərbaycan üçün hansı əhəmiyyəti var? – AÇIQLAMA

“Dövlət başçılarının Praqada baş tutan sonuncu Avropa görüşündə ilk dəfə olaraq 1991-ci il Almatı Deklorasiyası …