Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Etibar Əliyevdən ciddi dəyişiklik qərarı verdi – “Bank Technique”yə yeni sədr təyin edildi

Etibar Əliyevdən ciddi dəyişiklik qərarı verdi – “Bank Technique”yə yeni sədr təyin edildi

Eldar Cəfərov “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

Mia.az xəbər verir ki, bu barədə “APA-Economics”in bankdakı mənbələri xəbər verir.

Məlumata əsasən, E.Cəfərov artıq vəzifəsinin icrasına başlayıb. Bundan öncə E. Cəfərov “Mol Bulak” bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri vəzifəsini tutub. Bununla yanaşı, Samir Baxşəliyev E. Cəfərovun I müavini təyin olunub. S. Baxşəliyev “Nikoil Bank”da filial direktoru kimi çalışıb.

Qeyd edək ki, dünəndən etibarən bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev əvvəlki vəzifəsinə qayıdıb. E. Əliyev bildirib ki, Müşahidə Şurasını, İdarə Heyətini yenidən formalaşdıracaq.

Xatırladaq ki, E. Əliyevin banka rəhbərlik etdiyi zamanda S. Baxşəliyev İdarə Heyəti sədrinin müavini olub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın