Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / “Erməniyə nəyisə sübut etmək mümkün deyil, abırsızlıq, həyasızlıq və sırtıqlıq…”

“Erməniyə nəyisə sübut etmək mümkün deyil, abırsızlıq, həyasızlıq və sırtıqlıq…”

“Ermənilərin ikiüzlü olması onların qədim ənənəsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, “Qisas-2” əməliyyatı çərçivəsində məhv edilən 5 silahlı terrorçudan 2-nin Ermənistan vətəndaşı olması faktına münasibət bildirib.

Xatırladaq ki, II Qarabağ müharibəsindən sonra rəsmi İrəvan dəfələrlə bəyan edib ki, Ermənistandakı çağırışçılar artıq Qarabağa müddətli hərbi xidmətə göndərilmir və bölgədə yalnız Qarabağ separatçılarının “müdafiə ordusu”dur. Lakin buna baxmayaraq, əldə olunan faktlar əsasında rəsmi Bakı sübut edib ki, bölgədə hələ də qanunsuz erməni silahlı birləşmələri ilə yanaşı Ermənistan Silahlı Qüvvələrinin mənsubları xidmət keçməkdədir.

Öz növbəsində, Z. Əlizadə söyləyib ki, münaqişə başlayandan bəri Ermənistan iddia edir ki, onlar Qarabağdakı hadisələrə müdaxilə etmir:

“Sonra onilliklər keçdi, Qarabağ müharibəsində fəal iştirak etmiş, general-leytenant rütbəsi almış Manvel Qriqoryan müsahibə verdi. O 1987-ci ildə Qarabağa necə göndərilməsindən, o illərdən bəri ermənilərlə azərbaycanlılar arasında necə ədavət salmağa çalışmasından, hansı üsullardan istifadə etməsindən danışırdı. Onun sözlərindən bəlli olurdu ki, bu işin təşkilatçısı Ermənistan və SSRİ KQB-si idi”.

“Daha sonra I Qarabağ müharibəsi başladı, Ermənistan and-aman etdi ki, mən burada iştirak etmirəm. Lakin Azərbaycanın əsir götürdüyü ermənilər arasında sonradan bəlli olmuşdu ki, Ermənistan vətəndaşları da var. Mən özüm bunun şahidi olmuşam. Biri “raykom” katibi idi, işsizlikdən gəlib orduya qoşulmuşdu, “voenkomat”da işləyirdi. O, Ermənistandan səfərbər edilmiş hərbçiləri Qarabağa gətirəndə onların avtobusu vurulmuşdu və içində “voenkomat” işçisi olmaqla 10-a yaxın əsgər də əsir götürülmüşdü. Mən onu insan hüquqları müdafiəçilərinin nümayəndə heyətinin tərkibində onlara baş çəkməyə gedərkən görmüşdüm. O abırlı, ortayaşlı bir kişi idi və deyirdi ki, mən səfərbər edilmiş erməniləri Qarabağa xidmətə gətirdim. Biz bunu ortaya qoyurduq, amma yenə də sübut edə bilmirdik. Ermənilər yenə də üzə durub həyasızcasına deyirdilər ki, “biz Qarabağa əsgər göndərmirik”, – müsahibimiz əlavə edib.

Analitik iddia edib ki, 44 günlük müharibə vaxtı bizimlə döyüşən ordunun 3/4-ü Ermənistan ordusu idisə, 1/4-i Qarabağ erməniləri idi:

“Bu həqiqətlər üzə çıxsa da, ermənilər yenə də üzümüzə durdular ki, bu, Qarabağın “müdafiə ordusu” idi. Bu gün Qarabağ separatçılarının  heç bir iqtisadi gücü yoxdur ki, 10 minə yaxın hər hansı bir silahlını saxlasın. İndi təzədən həlak olublar və onlardan 2-si Ermənistan vətəndaşıdır. Yenə yalandan deyəcəklər ki, bu, belə deyil.

Erməniyə nəyisə sübut etmək mümkün deyil. Çünki onların mövqeyi fərqlidir. Bu mövqe abırsızlıq, həyasızlıq və sırtıqlıq tələb edir. Bu mövqe ədalətdən uzaq mövqedir deyə, onu müdafiə etmək üçün sırtıq olmalısan. Onlar 30 ildən çoxdur bu mövqedədirlər. SSRİ parlamenti dəfələrlə Ermənistan SSR parlamentinin qərarlarını qanunsuz saysa da, onlar bildiklərindən geri dönmürdülər. Qısası, ədalətsiz qərarı müdafiə etmək üçün adam gərək abırsız ola, necə ki ermənilər bunu edirlər…”

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …