Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”

Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”

Ermənilər Şuşanın Böyük Qaladərəsi kəndinin ardınca Kiçik Qaladərəsini də tərk edir.

Kənd icmasının rəhbəri David Davtyan bu haqda yerli jurnalistlərə məlumat verib.

Bizimyol.info xəbər verir ki, Azərbaycan silahlı qüvvələri kəndin lap yaxınlığında dayanıb. Davtyan müsahibəsində bundan çox narahat olduqlarını deyib.

“İnsanlar gedir. Qalanlar da getməyi düşünür. Bir mən qalmışam, bir də kəndin rəhbəri. O tərəfdə azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər. Bu da kənd sakinlərinə pis təsir edir”.

Davtyan erməni əsgərlərin qalmadığını bildirib. Onun sözlərinə görə, bütün ümidi rus sülhməramlılarına bağlayıblar.

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …