Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / “Ermənistanla düşmənçilik aradan qaldırılmalıdır” – VİDEO

“Ermənistanla düşmənçilik aradan qaldırılmalıdır” – VİDEO

“Biz regiona sülhün gətirilməsi, möhkəmlənməsini niyyət edirik. Bu çərçivədə Ermənistanla əlaqələrin bərpa olunması, münasibətlərin normallaşması, kommunikasiyaların açılması xüsusi əhəmiyyət kəsb edir”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması konteksində eyni zamanda Naxçıvanla birbaşa gediş-gəlişin tezliklə bərpa olunmasına nail olmalıyıq. Bu baxımdan Zəngəzur dəhlizinin işə salınması prosesi surətlənməlidir.

Xələf Xələfov həmçinin qeyd edib ki, kommunikasiyaların açılması gələcəkdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına təkan verə biləcək məsələdir.

Xarici İşlər nazirinin müavini son olaraq bildirib ki, Ermənistan real siyasətə qayıtmalıdır. Revanşizm, düşmənçilik keçməyəcək. Bu yolla getmək səmərəsiz, erməni xalqının əsl maraqlarına ziddir.

Daha ətraflı REAL TV-nin sujetində:

http://baku.tv/embed/53984

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …