Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Ermənistandan deportasiya olunmuş soydaşlarımızın haqları təmin olunsun – İAT

Ermənistandan deportasiya olunmuş soydaşlarımızın haqları təmin olunsun – İAT

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

“İrəvan Azadlıq” Təşkilatını sədri

Təbriz Musayev tərəfindən

MÜRACİƏT

         Hörmətli Cənab Prezdient!

        10 noyabr Azərbaycanın Erməni faşizmi üzərində qələbəsi münasibətilə keçirilən Zəfər Paradında “Zəngəzur da, Göyçə də, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır” ifadəniz hər bir Azərbaycanlı kimi mənim və eləcə də rəhbərlik etdiyim təşkilatın bütün üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycanın əzəli torpaqları ilə bağlı dəfələrlə etdiyiniz çıxışlarda tarixi torpaqlarımızın unudulmamasının vacibliyini qeyd edərək bu istiqamətdə ardıcıl fəaliyyətinin vacib olduğunu vurğulamısız.

Biz də “İrəvan Azadlıq” Təşkilatı olaraq bu istiqamətdə fəaliyyəti təşkilatımızın prioritet istiqamətlərindən biri kimi qəbul edərək çoxsaylı seminarlar, konfranslar keçirmiş, məlum faktları ayrı-ayrı beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Sizin də qeyd etdiyiniz kimi bu, bizim siyasi və strateji hədəfimizdir və biz bu hədəf uğrunda mübarizə aparmalı və tarixi torpaqlarımıza qayıtmalıyıq.

Azərbaycan dövləti son illərdə Sizin rəhbərliyinizlə ermənilərlə informasiya və intellektual mübarizədə “hücum diplomatiyası”na üstünlük verir. Erməni qəsbkarları, erməni lobbisi də dünya boyunca saxta informasiyalar paylaşmaq ənənəsini daha da gücləndirir. Bu baxımdan tarixi, itirilmiş torpaqlarımız, onların mədəniyyəti ilə bağlı faktları, eləcə də deportasiya olunmuş insanımızın mülkiyyət və yaşama hüququ ilə bağlı məsələləri dünya ictimaiyyətinin, geniş kütlələlərin diqqətinə çatdlrmaq zərurəti var.

1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, öz xalqının iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Nəticədə Azgrbaycan torpağında – keçmiş İrəvan xanlığının ərazisində tarixdə ilk dəfə erməni dövləti yaradıldı.

Ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100.000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından – dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha on minlərlə aborigen əhali doğma yurdundan məhrum edildi.

1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə – Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar.

10 noyabrdan, yəni torpaqlarımızın işğaldan azad olunmasından və Azərbaycanın erməni qəsbkarlığı üzərində qələbəsindən sonra Sizin liderliyinizlə yeni reallıq meydana gəlib. Bu reallıq bizlərə Ermənistanın ötən 30 ildə Azərbaycan əhalisinə, şəhər və rayonlarımıza, yaşayış binalarına, tarixi abidələrə, tarixi-mədəni resurslarımıza vurduğu ziyanla bağlı beynəlxalq məhkəmələr qarşısında təzminat davası qaldırmağa imkan verir və məlum olduğu kimi sizin göstərişinizə əsasən bu istiqamətdə artıq müvafiq fəaliyyət həyata keçirilir. “İrəvan Azadlıq” Təşkilatı olaraq Sovet Ermənistanından deportasiya olunmuş insanlarımızın haqlarının təmin olunması istiqamətində də müvafiq fəaliyyətin həyata keçirilməsini zəruri hesab edirik.

Qarabağda yaşayan ermənilərin yaşayış və mülkiyyət hüquqlarının tanındığı, eləcə də onların Ermənistanla əlaqələrinin təmin olunması üçün müvafiq dəhlizin verildiyi halda eyni şəkildə Zəngəzur, Göyçə, İrəvan və digər tarixi torpaqlarımızda, həmin ərazilərdən deportasiya olunmuş insanların yaşama və mülkiyyət hüququnun tanınması ilə bağlı müvafiq fəaliyyətin həyata keçirilməsi üçün konkret addımların atılmasını zəruri hesab edirik.

Sizə müraciət edərək məcburi köçkünlərimizin hüquqlarını beynəlxalq səviyyəyə çatdıran qanunun qəbul olunması istiqamətində təşəbbüslə çıxış etməyinizi xahiş edirik.

Hörmətlə Təbriz Musayev

“İrəvan Azadlıq” Təşkilatının sədri

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …