Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ermənistanın Metsamor AES-nin fəaliyyəti müvəqqəti dayandırılacaq

Ermənistanın Metsamor AES-nin fəaliyyəti müvəqqəti dayandırılacaq

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) təmirə dayandırılacaq.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu stansiyanın direktoru Movses Vardanyan bildirib.
Onun sözlərinə görə, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq: “Təmir işləri 61 gün davam edəcək və noyabrın 20-də yekunlaşacaq. Bu tarixdən sonra yenidən istismara veriləcək”.
Qeyd edək ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bəyan edib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.
Xatırladaq ki, bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın