Bazar ertəsi , May 10 2021
Ana səhifə / Siyasət / “Ermənistanın geniş mənada heç bir uduşu yoxdur”

“Ermənistanın geniş mənada heç bir uduşu yoxdur”

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə “soyqırım” deməsi nə hüquqi məsuliyyət yaradır, nə də tarixi dəyişir. Amna Baydenin özünə və ABŞ-ın xarici siyasətinə münasibəti dəyişir”.

Bu barədə siyasi şərhçi Qulu Məhərrəmli bildirib.

O qeyd edib ki, dəlisov Tramp Amerika demokratiyasının karikaturası idi, qoca Bayden isə dövlət maraqlarının tapdalanmasının və məhəlli komformizmin təmsilçisi oldu:

“Bu məsələdə Ermənistanın geniş mənada heç bir uduşu yoxdur, onsuz da təbliğatlarını aparırlar. Türkiyə isə olaya impulsiv yanaşmayacaq, hərbi gücünü artırmaqda davam edəcək, ABŞ-la münasibətlərdə bir müddər soyuqluq yaranacaq. Bəzi zərərləri gözlənilsə də Azərbaycan Türkiyənin yanında olacaq, eyni zamanda özünün ərazi bütövlüyü məsələsini və 30 illiyi yaxınlaşmaqda olan Xocalı soyqırımını gündəmdə saxlayacaqdır”.

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …