Ermənistanın Laçın sərhəd-keçid məntəsinin bağlanması tələbi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda etnik ermənilərin yaşadığı bölgərdə guya “humanitar fəlakət” yaşandığı iddiası ilə BMT Təhlükəsizlik Şurasına məsələ çıxarmışdı. TŞ məsələni müzakirə etdi. TŞ üzvləri ortaq mövqeyə və yekun qərara gələ bilmədilər.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışı beynəlxaıq hüquqa, milli qanunvericiliyə və tutarlı faktlara əsaslanırdı.
ABŞ, Fransa kimi TŞ daimi üzvlərini nümayəndələrinin çıxışları, sadəcə, Ermənistana təsəlli xarakteri daşıdı; özləri də görürdülər ki, vahid mövqe olmayacaq. Ona görə rəsmi İrəvanın emosiyalarını təmin edirdilər. Toplaşıb danışıb dağılışdılar. Azərbaycana qarşı beynəlxalq səviyyədə təxribat cəhdi bu dəfə də uğursuzluğa düçar oldu. Bizimyol.info