Cümə , Aprel 12 2024
Ana səhifə / Siyasət / Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə gəlməkdədir. İrəvan regionda Moskvanın təsir dairəsindən çıxıb qərbyönümlü siyasəti hər keçən gün daha da artmaqdadır. Özəlliklə Ermənistan son günlərdə Rusyanın qurduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ayrılma istəyi və Ermənistanın Zvartnots beynəlxalq hava limanındaki Rus əsgərlərini geri göndərmə niyyəti Moskva höküməti tərəfindən normal qarşılanmadı.
İrəvan Rusyanın təsir dairəsindən uzaqlaşıb Qərbə yaxınlaşması əslində bu ölkə üçün yaxın və orta dönəmdə çox uğur gətirməyəcək. Çünkü Ermənistan müstəqillik qazandığı ildən günümüzə qədər ən sadiq ortağı Rusya olub və bu ölkədə də ən böyük xarici yatırımları da Rus şirkətləri etmişdir. Başqa bir sözlə Ermənistanın sənayesinin 70 faizi Rus monopoliyasının əlindədir. Ölkədə Rusiyanın bu qədər güclü olmasına baxmayaraq, Ermənistan son illərdə öz gələcək ümidlərini Rusyaya deyil, Qərbə bağlayıb. Bu vəziyyət də Ermənistanı yaxın və orta planda siyasi fəlakətə sürükləyir. Ermənistanın son zamanlarda Avropa İttifaqı ilə ikitərəfli temaslarının artırması və xarici işlər naziri Ararat Mirzayanın Avropa İttifaqına üzvlük istəyi İrəvanın təhlükəli sularda üzdüyünü göstərməkdədir. Özəlliklə keçən həftə də NATO baş Katibi Jens Stoltenberqin Cənubi Qafqaz təmasları və Ermənistan ziyarəti Rusyanın “Arxa Baxça Əsgəri” strategiyasına təhlükə yaratmaqdadır. Avro-Atlantik təşkilatının baş katibinin Qafqaz səfəri Rusya ilə NATO arasında Şərqi Avropa münaqişəsinin artıq Cənubi Qafqaz regionuna daşındığını göstərməkdədir. Ermənistanın balans siyasətindəki bu səhvlər ölkəni bir uçuruma götürür və Moskova hakimiyyəti həm Gürcistan həm də Ukrayna planlarını Ermənistan üçün də hazırlamaqdır. Rusya heç bir zaman öz sərhədlərinə yaxın ərazilərdə Qərb hakimiyyətini görmək istəmir. Rusyaya qarşı çıxıb Qərbə yaxınlaşmaq istəyi Ermənistan üçün istədiyi nəticəni verməyəcək və uzun dönəm də Avrasyada Qərb ilə Rusya arasındaki yeni böyük oyun Cənubi Qafqaz üzərindən şəkillənəcək.

Rəşid SADIQOV,
Sakarya Üniversiteti, Beynəlxalq Münasibətlər üzrə Doktorantura tələbəsi

Həmçinin oxuyun

“Erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”

“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”. Bunu Kremlin ən tanınmış …