Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənistandan çağırış: “Bundan sonra olimpiadaları Bakıya salmayın”

Ermənistandan çağırış: “Bundan sonra olimpiadaları Bakıya salmayın”

Ermənistan məktəbliləri iyunun 20-29-da Bakıda keçiriləcək kimya üzrə 47-ci Beynəlxalq Olimpiadada iştirak etməyəcək.

Virtualaz.org “Novosti Armenii”-aya istinadən bildirir ki, bunu ölkənin elm və təhsil naziri Armen Aşotyan yerli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, olimpiadada iştirak etmək üçün ərizələr iyunun 15-dək verilməli idi: “Ancaq olimpiadanın keçirildiyi ölkə olan Azərbaycan təhlükəsizliyimizə təminat verməyib. Azərbaycan bildirib ki, bu məsələ ilə I Avropa Oyunları başa çatandan sonra məşğul olacaq”.

Nazir Avropa strukturlarına müraciət edəcəklərini də deyib: “Biz tələb edəcəyik ki, bundan sonra Bakiya belə olimpiadaların keçirilməsi səlahiyyəti verilməsin. Çünki bu, Ermənistanı o cür tədbirlərdə iştirak imkanından məhrum edir”.

Xatırladaq ki, bu il mayın əvvəlində Ermənistanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti erməni məktəbləlilərini Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəyini açıqlamışdı. Məlumatda qeyd olunmuşdu ki, tədbirdə iştirak edəcək Ermənistan komandası hazırlıq işləri görür və onları Bakıya səfərdə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan müşayiət edəcək.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın