Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Ermənistandan Azərbaycanla danışıqlara dair AÇIQLAMA

Ermənistandan Azərbaycanla danışıqlara dair AÇIQLAMA

“Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı substantiv danışıqların keçirilməsinə ümid edir”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

“Vəziyyətin dalana dirəndiyini hesab etmirəm. Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya üzrə komissiyanın ilk görüşü keçirilib. Növbəti görüşlər Moskva və Brüsseldə baş tutmalıdır. Ümid edirik ki, razılıq əldə olunacaq və görüş yaxın vaxtlarda keçiriləcək”, – deyə Qriqoryan söyləyib. 

Onun sözlərinə görə, hazırda onunla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur. 

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …