Ana səhifə / Siyasət / Ermənistanda xalq üsyanının gizli görüntüləri – VİDEO, FOTOLAR

Ermənistanda xalq üsyanının gizli görüntüləri – VİDEO, FOTOLAR

İrəvanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyasının yeni görüntüləri yayımlanıb. 

Azinforum.az ANS-ə istinadən xəbər verir ki, İrəvanın mərkəzində baş verən qarşıdurmalar zamanı polislər jurnalistlərin lentə aldığı görüntüləri götürüb. Təkcə “Epress.am” saytının 3 kamerası sıradan çıxarılıb. Onlardan ikisi yararsız vəziyyətə düşsə də, erməni jurnalistlər digər cihazdakı görüntüləri bərpa edə bilib.

Polisin yayımlanmasını istəmədiyi görüntüləri ictimaiyyətə təqdim edən sayt, paytaxt mərkəzində baş verən vəhşiliyi gözlər önünə sərib. Çəkiliş zamanı polis əməliyyatı açıq-aydın lentə alınıb. Görüntülərdən polisinin dinc əhaliyə necə divan tutduğu əyani görünür. Su şırnaqları vasitəsi ilə aksiya iştirakçılarına müdaxilə edən təhlükəsizlik qüvvələri mitinqi dağıtmağa çalışıb. Polis əməkdaşları zor tətbiq etməklə insanları meydandan qovmağa və bəzi fəalları saxlamağa başlayıb.

Görüntülərdən də aydın olduğu kimi çəkiliş aparan jurnalistlər saxlanılıb və zorla aparılıb. Kameraları sındıran polislər jurnalistləri təhqir etməkdən də çəkinməyiblər. Mülki şəxslərə qarşı amansızlıq nümayiş etdirən polis və xüsusi təyinatlılar əsl vəhşiliklərini göstəriblər.

Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə etmiş və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın