Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ermənistanda polis xalqın tərəfinə keçdi

Ermənistanda polis xalqın tərəfinə keçdi

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Barqamyan prospektini tərk etmək imtina edirlər.

Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub.

*    *     * 10:36

Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan gecəyarısı İrəvanın mərkəzində elektrik enerjisi qiymətlərinin bahalaşdırılmasına qarşı təşkil olunan mitinqin keçirildiyi əraziyə gəlib.

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, o, polis əməkdaşları ilə danışıqlar aparıb.

“Qasparyan polis əməkdaşları ilə danışıqlar aparır, hər hansı bir bəyanat olmayıb, mitinq davam edir”, — deyə məlumatda bildirilib.

Əlaqələndirmə qrupunun üzvü Vaqinak Şuşanyan, həmçinin jurnalistlərə bildirib ki, Ermənistanın polis rəisi nümayişçiləri dəstəklədiyini bəyan edib.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın