Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Siyasət / “Ermənistanda deputatların maaşı bizimkindən qat-qat yüksək idi” – Məlahət İbrahimqızı

“Ermənistanda deputatların maaşı bizimkindən qat-qat yüksək idi” – Məlahət İbrahimqızı

“Yalnız deputatların maaşı artırlmayıb ki?!”

Bunu Yenisabah.az-a açıqlamasıda Milli Məclisin üzvü Məlahət İbrahimqızı deyib. 

O, deputatların məvaciblərinin artırılmasıyla bağlı yaranmış ajiotaja münasibət bildirib. Qeyd edib ki, bəzi adamlar cəmiyyətdə qarışıqlıq yaratmaq üçün məqsədyönlü şəkildə deputatların maaş məsələsini ortaya atıblar:

“Millət vəkilləri hər bir zaman seçicilərin məsuliyyətini daşımalı, onların qayğısına qalmalıdır. Bu cür təzyiqlərin, ajiotajın səbəbini həqiqətən anlaya bilmirəm. Maaşların qaldırılması yalnız deputatlar üçün nəzərdə tutulmayıb. Hər bir dövlət işçisinin maaşında artım var. Dövlət işçiləri ilə yanaşı, şəhid ailələrinə, qazilərə, veteranlara da verilən pensiyalarda artım olub.

Mətbuatın bunu şişirdib tənqid hədəfinə çevirməsi düzgün addım deyil.

Hesab edirəm ki, müəyyən qərəzli adamlar cəmiyyətdə qarışıqlıq yaratmaq üçün bunu məqsədli şəkildə hərəkət edirlər.

Torpaqlarımızı işğal edən, acından ölən Ermənistanda millət vəkillərinin maaşı bizim əvvəlki maaşlarımızdan qat-qat yüksək idi. Eləcə də Gürcüstanda maaşlar yüksək idi. 

Bu səbəbdən də Azərbaycanda millət vəkillərinə qarşı yönəlmiş bu hücumları provakasiya hesab edirəm. 

Azərbaycanın hər bir vətəndaşı yaxşı yaşamağa laiqdir və hər birinin maaşı mərhələli şəkildə qaldırılır”.

Həmçinin oxuyun

3 Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 …