Ana səhifə / Siyasət / Ermənistanda baş nazir seçkiləri: Kremlin kimə güvənəcəyi dəqiqləşməyib

Ermənistanda baş nazir seçkiləri: Kremlin kimə güvənəcəyi dəqiqləşməyib

Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla danışıqlar aparmaqdan imtina edib. Paşinyan isə may ayının 1-də parlamentdə yenidən respublikaçı bir baş nazirin seçiləcəyi təqdirdə ölkədəki siyasi böhranın artacağını vurğulayıb və həmin gün tərəfdarlarını küçəyə tökəcəyini bildirib. Karen Karapetyan öz növbəsində N.Paşinyanı siyasi meydanı inhisarına almamağa və böhrandan çıxmaq üçün konkret proqram təklif etməyə çağırıb.

İrəvan mətbuat klubunun rəhbəri Boris Navasardyan Ermənistan mediasına verdiyi müsahibədə Karen Karapetyanın Serj Sərkisyanın səhvini təkrar etməyərək, görüşdən imtina etdiyini düşünür.

“Görüşə razı olmaq o demək idi ki, sən artıq Nikol Paşinyanın şərtlərini qəbul etməyə gedirsən”, – Navasardyan qeyd edib.

Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan da Karen Karapetyanın müxalifət liderinin ona diktə edəcəyi qaydalarla oynamamaq üçün görüşə getmədiyni qeyd edib.

Erməni ekspertlər burada Moksvanın prosesə aktiv şəkildə müdaxil olduğunu və Karen Karapetyanın son addımlarını da ona görə müəyyənləşdirdiyini qeyd edirlər.

15246920455ae0f44d458480.06011329.jpg (62 KB)

“Karen Karapetyan həm yerli siyasi elitanın, həm də xarici güclərin, hər şeydən öncə isə Moskvanın dəstəyini qazanmağa çalışır”, – Boris Navasardyan bildirib.

Erməni politoloqun rəyinə görə, xarici dəstək, xüsusilə də Moskvanın mövqeyi bir çoxlarının fikrinə ciddi təsir göstərə bilər.

“Karen Karapetyana ən çox Kremlə yaxın erməni lobbiçi strukturlar dəstək verir. Məsələn, Samvel Karapetyan (rusiyalı milyarder, “Taşir” firmasının sahibi) özünün biznesinin saxlanmasında maraqldıır. O, qorxur ki, onun bütün işi Qərbyönümlü erməni diasporundan birinin əlinə keçə bilər. Bundan başqa Moskva da birbaşa və ya dolayısı ilə Karen Karapetyanın seçilməsində maraqlı görünür. Çünki Nikol Paşinyan açıq şəkildə anti-Rusiya görüşlərini dilə gətirməsə də, Rusiya üçün gələcəkdə nə edəcəyi bəlli olmayan, müəmmalı siyasətçidir. Moskva öz nəzarəti altında olmayan birisinin Ermənistanı “Rusiyanın peyki” statusundan çıxaracağından qorxur,” – politoloq Armen Badalyan bildirir.

aleksandr iskandaryan.jpg (341 KB)

Aleksandr İsgəndəryan isə Kremlin hələlik indiki məqamda konkret şəxsə “stavka” etmədiyi düşüncəsindədir. Onun fikrincə, Moskva prosesin nəticəsini gözləyərək, qaliblə işləməyə üstünlük verəcək.

A.İsgəndəryan Kremlin bu vaxta qədər Karen Karapetyana açıq dəstək vermədiyini iddia edir: “Moskva hadisələrə tələsik qiymət verməkdən qaçır. Ona qalsa, Karen Karapetyanın “Qazprom” xəttindən gəlməsinə rəğmən Serj Sərkisyan Rusiya prezidenti və digər iri rusiyalı məmurlar üçün daha əlçatan və idarə edilən şəxs sayılırdı”.

A.İsgəndəryan Nikol Paşinyanın Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlardan çıxmayacağı barədə bəyanatları Kremli sakitləşdirmək üçün söylədyini bildirir.

Screenshot_21-1.png (945 KB)

O, Rusiya və Ermənistan arasındakı münasibətlərin Qarabağ münaqişəsi, Türkiyənin Azərbaycana verdiyi tam dəstək, Türkiyənin NATO üzvlüyü, Ermənistanın İran və Gürcüstanla qonşuluğu, Ermənistanın qapalı ərazi olması və dənizə çıxışdan məhrum qalması kimi ciddi geopolitik faktorlarla bağlı olduğunu sözlərinə əlavə edib.

“Ermənistanın istənilən rəhbəri hakimiyyətə gəlməzdən əvvəl nə söylədiyindən asılı olmayaraq, eyni siyasəti yürütməyə məhkumdur. Ermənistanda şəxsi keyfiyyətinə, peşəkar mənşəyinə, söykəndiyi ideologiyaya, populyarlıq dərəcəsinə görə 3 müxtəlif prezidenti olub. Lakin onların heç birisinin xarici siyasi prioritetləri dəyişməyib”, – İsgəndəryan vurğulayıb. (Musavat.com)

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …