Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Siyasət / “Ermənistana qarşı “anakonda siyasəti” aparırıq” – DEPUTAT

“Ermənistana qarşı “anakonda siyasəti” aparırıq” – DEPUTAT

“Hazırda Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi üçün regionda da təklənmiş vəziyyətdədir. Bu gün işğalçı Ermənistana qarşı Azərbaycan və Türkiyə dövlətlərinin iqtisadi və nəqliyyat blokadası siyasəti mövcuddur. Bu siyasət dərinləşməkdə davam edir. Buna bəzən “anakonda siyasəti” də deyirlər”.  
Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. Deputat deyib ki, Ermənistan üçün nəfəs rolunu oynayan İranla da münasibətləri indi ürəkaçan deyil:
“Oktyabrın 30-da isə İstnabulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin bəyannaməsi qəbul edilib. Həmin sənəddə də eyni yanaşma mövcuddur. Yəni, heç bir xalqların öz müqəddəratını təyin etməkdən söhbət getmir. Yalnız ərazi bütövlüyü prinsipi bu sənəddə də öz əksini tapıb. Buaradan da bir daha təsdiq edilir ki, Ermənistan bütün qonşuları ilə normal münasibət qurmaqda qərarlı deyil”.
E.Nəsirov qeyd edib ki, hazırda Ermənistanın nə Azərbaycan, nə Türkiyə, nə Gürcüstan, nə Rusiya, nə də Avropa İttifaqı ilə münasibətləri normal səviyyədə deyil:
“İndi Ermənistanın Avropa İttifaqı ilə münasibətləri ürəkaçan deyil. Ötən il Avropa İttifaqı Ermənistana 7 milyon avro kredit vəsaiti ayırmışdısa, bu il bu rəqəm 3 milyona endirilib. Bu da onu göstərir ki, Ermənistana qarşı Avropa Birliyinin də etimadsızlığı, indiki hakimiyyətə inamasızlığı var. Avropa İttifaqının, ABŞ-ın, İranın, Rusiyanın və digər ölkələrin məlum mövqeyi Ermənistanda “bumeranq effekti” yaradıb. Ermənistanın yeganə çıxış yolu qonşuları, o cümldən Azərbaycanla normal münasibətlər qurmaqdır. Bu yolu Ermənistana ABŞ da, İran da, Avropa İttifaqı da göstərir. Yəni, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyastlərinə son versə, bu ölkənin gələcəyi üçün yeni imkanlar açıla bilər. Əgər Paşinyan bunu dərk etsə, ölkəsini üzləşdiyi böhrandan çıxara biləcək. Dərk etməsə və öz sələflərinin siyasətini davam etdirsə, o zaman “bumeranq effekti” onu da müşayiət edəcək. Yəni, bir gün başqa bir Paşinyan bu Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq”.
Ötən gün Nikol Paşinyanın tanınmayan “Dağlıq Qarabağ respublikası”na səfər etməsi və orada qondarma prezident Bako Saakyanla görüş keçirməsi barədə erməni mediasında yayılan məlumatlara da toxunan politoloq hesab edir ki, Paşinyanın bu addımı ilk növbədə dekabrın 9-da Ermənistanda keçirilməsi gözlənilən parlament seçkiləri ilə bağlıdır:
“Çünki həmin seçkilərdə Paşinyan qalib gəlmək niyyətindədir. O, bununla Ermənistanda mövcud olan ikihakimiyyətliliyə son qoymaq istəyir. Dekabrın 9-u yaxınlaşdıqca, Paşinyanın daxili auditoriyaya ünvanlanmış bu cür təxribatçı addımlarına və bəyanatlarına şahid ola bilərik. Biz buna heç də təəccüblənmirik. Paşinyan bu cür addımları məqsədli şəkildə atır ki, qarşıdan gələn parlament seçkilərində o daxili auditoriyanın diqqətini cəlb edib səsini qazansın. Təbii ki, bütün bunlar qanuna ziddir.
Bilirsiniz ki, Paşinyanın bu hərəkəti Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində baş verib. İstənilən halda Paşinyanın Qarabağa səfəri beynəlxalq qanun pozuntusudur, Azərbaycan qanunlarının pozulmasıdır. Bu onu nümayiş etdirir ki, Ermənistanın Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv mövqeyi yoxdur. Baxmayaraq ki, son zamanlar Ermənistana çox ciddi təzyiqlər mövcuddur. Birinci təzyiq odur ki, ABŞ-ın Ermənistandakı səfiri açıq şəkildə söylədi ki, Ermənistanın gələcəyi və inkişafı bu işğala son qoymaqdan keçir. Eyni ruhlu bəyanatı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da səsləndirib. O da bildirib ki, Ermənistanın gələcəyi və inkişafı Azərbaycanla normal münasibətlərdən keçir. Yəni, normçal münasibətlər işğala son vermək deməkdir. Bu gün kimi aydın məsələdir.
Eyni zamanda oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin qəbul etdiyi bəyannamədə də açıq şəkildə qeyd olunur ki, Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllini tapmalıdır”.
VIPedu.BIZ

Həmçinin oxuyun

Ramiz Mehdiyev Rusiyada səfərdədir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiyada səfərdədir. “Report” xəbər verir ki, səfərdə məqsəd …