Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / “Ermənistan xoşluqla torpaqları geri qaytarmadığı üçün bunun əvəzini indi çox ağır ödəyir” – Təbriz Musayev

“Ermənistan xoşluqla torpaqları geri qaytarmadığı üçün bunun əvəzini indi çox ağır ödəyir” – Təbriz Musayev

Ermənistanın Baş naziri Nikol Paşinyanın hələ deputat olarkən parlamentdə etdiyi çıxışın videoyazısı üzə çıxıb.

Sözügedən videoda N.Paşinyan parlament tribunasından deputatlara səslənərək deyir ki, gəlin torpaqları qaytaraq: “Gəlin, Azərbaycana məxsus torpaqları onların özlərinə qaytaraq. Mən bunu sizə rəsmi olaraq elan edirəm: bu, onların torpaqlarıdır”.

Məlumat üçün qeyd edək ki, Paşinyan bu çıxışından iki il sonra hakimiyyətə gəlib. Ancaq, əslində, onun qəzet redaktoru olarkən də mövqeyi bu cür olub və yalançı erməni tarixi haqda həddən artıq ağır ifadələr işlədib. Bununla belə, erməni tarixinin təftiş edilməsi təşəbbüsü ilə çıxış edib. Paşinyan “Qarabağ klanı”nı, işğalı, yalançı erməni tarixi uydurulmasını və Rusiyanı erməni xalqının faciəsi sayıb. Həmçinin, cəmiyyəti, siyasi qüvvələri bundan əl çəkməyə çağırıb. Hakimiyyətə gəldikdən sonra isə “Qarabağ klanı” və Rusiyaya qarşı böyük kampaniyaya başlasa da, yalançı tarix və işğalda sələflərindən daha artıq “patriot” oldu. Qarabağ məsələsində aşırı maksimalist mövqedən çıxış edərək, danışıqları çıxmaza saldı. Baş nazir olandan sonra bir santimetr ərazinin geri qaytarılmayacağını bəyan edən Paşinyan, bir neçə il əvvəl parlamentdə bunun əksini söyləyib. Bütün bunlar onun qeyri-ciddi, populist siyasətçi olduğunu ortaya qoyur.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevun sözlərinə görə, bütün bunlar Paşinyanın qeyri-ordinar, populist bir persona olduğunu göstərir: “O, sadəcə, küçə inqilabı dalğasında hakimiyyətə gələn dələduzdur. Paşinyan siyasi arenada Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın kölgəsi hesabına özünə yer etdi. Petrosyanın keçirdiyi mitinqlərdə populist çıxışlar edərək diqqəti özünə cəlb etməyə çalışırdı. Paşinyan bir jurnalist olaraq da özünü doğrultmayıb. Siyasətçi olan şəxs hər işlətdiyi ifadəyə məsuliyyətlə yanaşır. Bunun tarixi, siyasi və mənəvi məsuliyyətini dərk edir. Paşinyanda isə bunların heç biri olmadığına görə indi belə biabırçı vəziyyətə düşüb. O nəinki danışıqlarda konstruktiv mövqe sərgiləmədi, heç erməni cəmiyyətini sülhə hazırlamaq üçün hansısa cəhd belə etmədi. Fikrimcə, Paşinyan danışıqlarda maksimalist mövqe sərgilədiyinə görə it kimi peşmandır. Söhbət 27 sentyabrdan əvvəlki dövrdən gedir. Onun xəyalına gəlməzdi ki, ordumuz qısa müddətdə status-kvonu belə sürətlə dəyişəcək. Ermənistan xoşluqla torpaqları geri qaytarmadığı üçün bunun əvəzini indi çox ağır ödəyir. Hesab edirəm ki, Paşinyanın Qarabağ danışıqlarını dalana salması ona baha başa gələcək. Ermənilər nə qədər məkrli bir millət olsalar da, bunun hesabını Nikoldan tələb edəcəklər”.

Ekspert hesab edir ki, Ermənistanı çox ciddi fəlakətlər gözləyir. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Leyla Abdullayeva: “Laçın artıq azaddır”

Ölkəmizin tarixi ərazisi, dilbər güşəsi Laçın artıq azaddır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla …