Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşəcək

Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq.

Bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

“Hazırda imzalanmaq üçün hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində görüşdə biz bu mətni razılaşdıracağıq”.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …