Moskva Bakı və İrəvan arasında münasibətləri nizamlamaq üçün Azərbaycan və Rusiya ilə təmas saxlayır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. Onun sözlərinə görə, hazırda sülh müqaviləsinə hazırlıq gedir.
“Qarabağ problemi ilə əlaqədar olaraq Ermənistan-Azərbaycan münasibətlərinin həlli üçün ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”.