Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / “Ermənistan təxribat törətməkdən əl çəkməlidir” – Hulusi Akar

“Ermənistan təxribat törətməkdən əl çəkməlidir” – Hulusi Akar

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam edir.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.

“Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq”, – deyə nazir vurğulayıb.

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …