Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Ermənistan Rusiya üçün daha önəmlidir və bundan sonra da bu siyasətini davam etdirəcək”

“Ermənistan Rusiya üçün daha önəmlidir və bundan sonra da bu siyasətini davam etdirəcək”

Bu gün baş verənlər bir sıra sualları aktuallaşdırıb, Rusiya nədən Azərbaycanla münasibətləri pozmaqda və Amerika ilə Fransanın oyununa gəlməkdə maraqlı olsun? Niyə Türkiyə və Azərbaycan kimi bir güclü müttəfiqlərə qarşı belə saymazyanalıq sərgiləsin? Moskvaın Türkiyə və Azərbaycanla münasibətləri sərinlətməkdən qazancı nə ola bilər ki?

Tanınmış politoloq, ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-ın bu suallarını aşağıdakı kimi cavablandırıb:”Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bəyan etməklə diplomatik gediş edir, belə olmasa, yəni Azərbaycansız Rusiya burada heç bir marağını təmin edə bilməz. Ermənistan isə strateji müttəfiq kimi ona daha qlobal istəklərini yerinə yetirmək üçün lazımdır və əslində Rusiya həmin siyasətini yürütməkdədir. Bilinməlidir ki, Rusiya Türkiyə və Azərbaycanla əlaqələrində həm də Ermənistanın maraqlarından çıxış edəcək. Başqa mövqe gözləsək yanılarıq. Rusiya nədən bizi qoyub Ermənistanın tərəfini tutur? sualının birmənalı da cavabı var. Bəli, Rusiya ola bilsin Qərblə mövqe mübarizəsi aparsın və maraqlarına uyğun olaraq bəzən onun hərəkətləri bizim mövqeyimizə uyğun görünsün. İndiki halda ABŞ və Fransanın aktivləşməsinin qarşısını almaq üçün məcburiyyətdən Ermənistana yanaşmada güzəştə getsin. Amma unutmaq olmaz ki, Ermənistan Rusiya üçün daha önəmlidir və bundan sonra da bu siyasətini davam etdirəcək. Bunu unutmaq olmaz. Siyasətimizi də Rusiyanın bu tavrına uyğun nizamlamalıyıq”.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …