Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ermənistan polisindən aksiya iştirakçılarına ultimatum

Ermənistan polisindən aksiya iştirakçılarına ultimatum

Ermənistan polisi etiraz aksiyası iştirakçılarına Bakı vaxtı ilə saat 11.00-a qədər dağılışmaları haqda ultimatum verib.

“Report” xəbər verir ki, bu haqda Ermənitsan KİV-i məlumat yayıb.

*     *     * 23:50

İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları yenidən mərkəzi Baqramyan prospektində oturaq piket keçirmək qərarına gəliblər.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, hazırda etirazçılar Ermənistan Yazıçılar İttifaqının binası qarşısında toplaşıblar. Polis onlara irəli hərəkət etməyə imkan vermir.

“Novosti Armeniya” agentliyinin məlumatına görə, polis aksiya iştirakçılarının 5 nümayəndəsinə prezident Serj Sarkisyanla görüşməyi təklif edib. Aksiya təşkilatçıları bu təklifi ümumi müzakirəyə çıxarmaq niyyətindədirlər.

Qeyd edək ki, ötən gün də prezident 3-4 etirazçını qəbul etməyə hazır olduğunu bildirmişdi, lakin bu təklif etirazçılar tərəfindən rədd edilmişdir. Polis etirazçıları dağılışmağa çağırır.

Hazırda etirazçılar polislə özləri arasında zibil qutularından sədd yaradaraq onları döyəcləyirlər.

*   *   *20:37

Ermənistanın paytaxtı İrəvanda bu saatlarda yenidən irimiqyaslı etiraz aksiyası başlayıb. Təşkilatçı yenə də “Talana yox!” vətəndaş cəmiyyəti hərəkatıdır.

Virtualaz.org saytı “Novosti Armenii”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkədə elektrik enerjisinin qiymətini azaltmaqğı tələb edirlər.

Xatırladaq ki, dünən İrəvanda minlərlə insan elektrik enerjisinin bahalaşmasına qarşı nümayişdə iştirak edib. Etiraz aksiyası bu gün səhər saatlarında polis tərəfindən zor gücünə dağıdılıb. 250-dək etirazçı saxlanılıb.

Bugünkü aksiyada iştirak edən etirazçıların əsas tələblərindən biri də son aksiyada həbs edilən fəalların azad olunmasıdır.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın