Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “Ermənistan öz əsgərlərinin meyitlərinə sahib çıxmır”

“Ermənistan öz əsgərlərinin meyitlərinə sahib çıxmır”

“Ermənistanın Müdafiə Nazirliyi və müdafiə naziri şəxsən Azərbaycan tərəfinə ağır zərbələr endirməsi ilə bağlı açıqlama verib. Onlar döyüş bölgəsində ağır zərbələr endirməkdə acizdirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsgərlərinin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, onlar bu günə qədər buna cavab verməyib, meyitlərə sahib çıxmayıb. Azərbaycan Qazax-Tovuz istiqamətində cəsədlərin Beynəlxalq Qırmızı Xaç Komitəsi və Gürcüstan vasitəsi ilə bu cəsədlərin bir qismini və iki nəfər erməni mülki şəxsin – onların biri qadın, digəri isə kişidir, yaşları 80-dən yuxarıdır – təhvil veriməsini istəyib. Ermənistan hələ də buna sahib çıxmır”, – o, əlavə edib.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …